Blog: sESo →  Aznet...Saytlarımızın “əhatə dairəsi” nə qədər genişdir?


Saytlarımızın istifadəçilərə nə dərəcə də təsir göstərirlər?

Salam.Weboxu blogunu hər gün izləyirəm,hər postu maraqla oxuyuram.Qərara gəldim ki, məndə bir post yazım.Yaralı yerimiz olan yerli saytlardan danışmaq istəyirəm.Bu yaxında qwerty blogunda yerli popsa saytlarımız haqqında maraqlı yazını oxudum.Yazı bizim aznet-də çox sayda istifadəçi toplamış əyləncə saytlarına həsr olunmuşdu.Bəli belə saytlar gənclərimizin zövqünün formalaşmasında böyük rol oynayır.Nəzərə alaq ki, bu saytların istifadəçilərinin 90-95% — ni gənclər təşkil edir.Amma çox təəssüf ki, bu cür saytlarımız DLE sisteminin məhdud funksiyalarından istifadə edir.Eləcə də xəbərlər haqqında da yaxşı fikirlər söyləmək çətindir.Eksklüziv mp3,şəkillər və s.Elə bu məntiqlə də bütün belə saytlarımız fəaliyyət göstərir və saylarıda günü gündən artmaqda davam edir.Ucuz,asan quraşdırma və hazır şablon...Təsəvvür edin msn.com-da son xəbər başlığı "Əziz istifadəçilərimiz üçün super avatarlar! Dünyanın yek saytı msn.com-da! :)" ...Nə isə mövzuya qayıdaq.Düzdür aznet istifadəçilərinin əksəriyyəti əyləncəli xəbərlər tələb edir.Və bu saytlarımızda bunu nəzərə alırlar.Amma mən düşünürəm ki. aznet istifadəçilərinin indiki zamanda belə əyləncəyə meyilli olmalarında da elə qeyd etdiyim bu saytların rolu böyük olub.Mən çox istərdim ki, belə çox sayda istifadəçiyə sahib olan saytlarımız (mix.az,big.az və s.) yeni layihələrə başlasınlar.İstifadəçilərimizin internet saytları,onların məzmunu barədə fikirlərini daha doğru və səmərəli yöndə inkişafına nail olsunlar.Məncə aznetin inkişafında buna ehtiyac var.
Aznetdə fərqli,geniş funksiyalara malik,təqdirə layiq barmaqla sayılası saytlarımız var.Məsələn bunlardan azeroo.com,xazar.com və s. göstərmək olar.Amma təəssüf ki, istifadəçilərimiz bu saytlara digərləri kimi maraq göstərmirlər.Halbuki bir çox göstəricilərinə görə digərlərindən çox öndədirlər.Bir neçə ay əvvəl daha bir fəqrli məzmuna malik park.az adlı saytda açıldı.Amma hələki ümidləri doğrultmayıb.Yadımdadır Yumroo.az saytının açılmağını demək olar ki. hamı maraqla gözləyirdi) Açıldı) qalanını özünüz bilirsiniz.Məncə hal-hazırda Yumroo-nu bu siyahıya salmaq yersizdir.Düşünürəm ki, Yumroo hazırda fəaliyyətini dayandırıb.Eləcədə bakililar.az...Bəlkədə yeni layihələr olacaq...Görəkdə…

Bu yaxınlarda daha bir yeni layihənin təqdimatı olacaq.Halay.az — Bizim Dairəmiz Hamını Əhatə Edir sloganı altında aznetə gələcək bu sayt bir müddət əvvəl 1-2 həftə test rejimində fəaliyyət göstərdi.Sayt haqqında onu deyə bilərəmki Əyləncəli İnformasiya Portalı olan saytda istifadəçilərə geniş imkanlar veriləcək.Bir qeydiyyatla istifadəçi öz şəxsi blogunu,xəbərlərini,fotoalbomunu,özünə məxsus səhifəsini,qrupunu və s. yarada biləcək.Saytda xəbərlərə,video reportajlara,bloglara daha böyük diqqət yetiriləcək.Düzdür Yumroo qədər tanıtıma,reklama maliyyə ayrılmasa da bu sahədə bəzi işlərin görülməsi gözlənilir.

Sonda çox istərdimki aznetdə də yahoo.com,msn.com,mail.ru,ok.net,mynet.com və s. kimi özündə çox sayda funksiyaları cəmləşdirən nəhəng saytlar olsun. Yeni eraya keçmək lazımdır :-)

Təşəkkürlər.
Paylaş :
  • 0
  • 8 апреля 2010, 16:18
  • sESo

Şərhlər (20)

RSS yığmaq / açmaq
+
+1
İnşallah hər şey yaxşı olar…
avatar

sESo

+
0
müəllif ilə mən də razılaşıram, məncə daha keyfiyyətli portalların ortaya çıxardılması üçün əvvəlcə bu sahədə ixtisaslaşmış şəxslər məşğul olmalıdırlar, sonra cavanlar onlara baxıb onların ardınca getməlidirlər.
avatar

admincik

+
0
Fikrimcə tələb təklif məsələsidir. Ona görədə göbələk kimi artırlar. Mıxaz ortalama 50 minə satılırsa ona da baxıb digərləri belə sayt açırlar. Deməli hələki bazarda belə sayta ehtiyac var. Hətta bir vaxt fərqli üslubu olan fox.az da palaza büründü ki elnən sürünsün. Ancaq bu da bir keçid dövrüdür.
Əlini tez tərpədib, bazarı lazımı səviyədə əyləncə saytı doldura bilsə daha yaxşı olardı.

Birdə qeyd edimki, bu DLE əslində o qədər də pis CMS deyil. Amma ondan bərbad istifadə cmsi hər kəsin gözündən salıb. Çox istifadə edilmə səbəbi asan install prossesi olmalısıdır. Nə yaxşıki Wordpress`i belə istifadə etməyiblər. Yoxsa gül kimi script gözdən düşərdi.

avatar

Shaig

+
0
Bəli DLE pis sistem deyil.Misal üçün xeyli saytda rus saytları varki DLE CMS-dən çox uğurla istifadə edirlər.Amma bununla yanaşı onların dünyaya açıla biləcək çox saytları var.Eləcədə Türkiyənin və Qazaxstanın...Mən əyləncənin əleyhinə deyiləm...Tələb varsa niyə də olmasın...Amma bizimkilər kimi yox.Keyfiyyətli kontentə ehtiyac var.
avatar

sESo

+
0
Və ən əsası "İstifadəçilərimizin internet saytları,onların məzmunu barədə fikirlərini daha doğru və səmərəli yöndə inkişafına nail olmaq!"

:)
avatar

sESo

+
0
Bizim əyləncə saytlarla dünyaya açılmaq nədir, məhlədən o tərəfə keçmək olmlaz heç ).

İnternetimizdə keyfiyyətli contentin az olmasının əsas səbəbi internet bazarımızın kifayət qədər yüksək səviyədə olmamasıdır. Buna da səbəb istifadəçiləsinin yaş ortalamasının aşağı olmasıdır. Hələ son zamanlarda bu düzəlibdi. Əvvəl azyaşlılar daha çox idi. İstifadəçilərin yaş ortalaması çoxaldıqca keyfiyyət də artacaqdır.
İnternetin inkişafına mənfi təsir edən amillərdən bir digəri internet qiymətləri idi. İnternet ucuzlaşandan sonra daha çox ADSL istifadəçilərinin olmağı artıq yeni fikirlər meydana gəlməyinə kömək elədi.
İndi isə bazarda normal keyfiyyətli saytların açılmaq vaxtı gəlibdi. Sadəcə dəyərləndirəcək adam və investisiya lazımdır.
avatar

Shaig

+
+1
İnşallah bu sahəyə diqqət bundan sonra artacaq.Və bu sahəyə yatırılan pullarda səmərəli istifadə olunacaq…
avatar

sESo

+
0
İnşa Allah.
Ümid edirəmki artar. Mənasız saytlardan canımız qutarar. Hər dəfə ilk10`a baxanda yeni üzv olanlar arasında bir-iki dənə mənasız sayt görmək olur. Heç olmasa yaxşı saytlar da görək.
avatar

Shaig

+
0
Sizinlə tam razıyam. DLE və bu tipdə olan saytlarla heç dünyaya açılmaqda mümkün olmazdı, hamısında eyni forma, eyni content. Biraz inkişaf etmək lazımdır, bizim üçün yeni olacaq era-ya keçmek lazımdır ) onda belkede bizim AZƏRİ saytlarda dünyada tanınıb seçiləcəklər.
avatar

UlviD

+
+1
Hazirda Azneti burumush dushuk DLE-eylence saytlari var deye, bu o demek deyil ki eylence ve DLE inhisara alinib, xeyr, eylence movzusu da lazimdir, DLE de lazimdir. problem kontentdedir, kontentde. Cumleler duzgun qurulmali, xeber seviyyeli teqdim edilmelidir. yek,super kimi bayaghi sozlerden istifade edilmemelidir. ve mumkunse DLE-den qachilmali, diger CMS-lere ustunluk verilmelidir, cunki DLE-nin artiq adi pis chixib. :)
avatar

Elliot

+
+1
azeroo.com saytına istifadəçilərin maraq götəmədiyindən yaıb müəllif))) Ən texnoloji imkanları yüksək sayt belə düzgün işlənmədikdə zibilxanaya atılacaq bir məhsula çevrilir))).O saytdan istifadə edən intellekt səviyyəsi yüksək olan 5 Azərbaycan istifadəçisi desəniz sevinərəm.
Elliotun sözləri ilə tamamilə razılaşıram ki,əsas kontent və marketinqdir.
avatar

fidaska

+
+1
Razıyamki azeroo `nun daimi userlərinin əksər hissəsi intellektcə yüksək səviyyədə olmaya bilər. Səbəb sadədir, çünki orada intellektual material üstünlük təşkil etmir. Hesab edirəm ki, sadəcə müəllif texnoloji tərəfini qiymətləndirib. Başqa elə də yüksək qiymət verəcək tərəfi yoxdur.

Contentdən başqa usability də vacibdir.
avatar

Shaig

+
0
iller kecdikce maraqlar deyishir.Buna bir cox sebebler var.Amma onu deye bileremki evvelki kimi eynelce saytlarina maraq qalmayib cunkimene ele gelir melumat bollugunda (eylenceni nezerde tuturam) artiq ifrat doymushluga getirib.Yazildigi kimi yenlik elemeyin vaxti coxdan catsada yeniliye qiymet verilme o qederde guclu olmur.Belkede ondan ireli gelirki her yenilik anindaca qebul olunmur.Duzdur reklamin boyuk ehemiyyeti var lakin her zaman reklamda her sheyi hell etmir.Ish satin dizaynindada deyil.Bes ne catmir? Bu catishmamazliqlari her kes muxtelif cur gorur.Cunki onlarin istekleri ust uste dushmeye biler. mence gelecekde umumi maraqlari birleshdiren saytalar coxalar. Esasende halay.az saytini sebrsizlikle golzeyirem.Cunki cox darixmisham o sayt ucun.
avatar

Strange

+
+1
Sayt test rejimində işləyəndə ona daxil olmuşdur. Düzdür, bir çox düzəlişlər lazım idi, lakin ümumiyyətlə saytın tam yeni bir proyekt kimi yaradılması hiss olunurdu. Aznetin bir çox saytları (elə mənim öz saytımda) DLE və ona oxşar digər «dvijok»-ların üzərində gurulur. Bu çox pisdir, lakin nəhəng layihə kimi hazırlanan böyük portalların da bu sistemlər üzərində qurulması həm gülməli, həm də acınacaqlı görsənir.
Halay.az bu mənada həmin aşağı səviyyəli «böyük» saytlardan çox fərqlənir! Ümid eyləyirəm ki, gələcəkdə həm «Halay», həm də onun kimi hazırlanan digər PEŞƏKAR saytlar inkişaf edib ölkəmizə başucalığı gətirəcək.
Sizə isə, yalniz uğurlar arzulayıram!
avatar

yanar

+
+2
Müəllifin «Yeni eraya keçmək lazımdır» cümləsi ilə portal yaradılmasını nəzərdə tutduğu üçün heç cür razılaşa bilməyəcəm. Çünki məncə portal erası bitmişdir.
avatar

Ferhad

+
0
Meni bu yersiz saytlari aradan goturmeyin yolunu tapmisham inshalla tezlikle o Layihemi sizlere gosterecem bununlada bir-birilerinde oghurluq xeberler eyni dizaynlar measiz saytlarin yeri olmayacaq bunun uchun mene destekde lazimdir.
bir azda sebr etmek lazimdir
avatar

KamalKMK

+
0
ne lazimdi komek edim=)))
avatar

GrAND

+
0
90-95% gənclər yox,uşağlar təşkil edir=))) DLE scripti ona görə qururlar ki, onu install etmək 12 dəqiqəlik vaxt aparır.CHMOD və MySql vəssalam sayt hazırdır.İnşallah Azərbaycanda möhtəşəm bir sayt fəaliyyətinə başlayacaq!Bu proekt mənə məxsusdur.İnanıram ki, ebuddy-dən geri qalmayacaq;)
avatar

GrAND

+
+2
Əşi =)) Gəlib gedən elə deyir ki mən yeni proyekt quracam elə olacaq belə olacaq ama ortada bir şey yoxdu.Addanmamışdan əvvəl «hop» deməzlər!
Qeyri adi, dle stilində olmayan saytlar aznetdə var.Bəziləri ümumiyətlə itib batıb, bəzilərində tanıyırlar ama girən yoxdu məsələn azeroo kimi saytlar.
Fərqli bir şey qura bilərsiz, amma bu o demək deyil ki bu qədər kütləni ora toplaya biləcəksiz.Bunun üçün güclü marketing və reklam lazım olacaq.Azərbaycanda itbətök sosial şəbəkə saytları var girən yoxdu.
avatar

DeviD

+
-4
atash gel sene php-ni,asp-ni ve diger kodlashdirmani pulsuz orgedim.Ne vaxt isteyirsen gorushey.sen ne etmisen heeee??? Indi goreceysen men neden sobet eliyirem…
Gelib gedenlere bash qosha qosha bu gune dushmushuyde deginen =))))))))))))))))))))))))))))
avatar

GrAND


Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.