Blog: KNYAZ → Facebook-da şəxsi bilgilər

Dünya səviyyəsində, 350 milyondan çox istifadəçiyə sahib olan Facebook, hər gün təxminən 75 min yeni üzvə ev sahibliyi edir. Saytın milyonlarla istifadəçisi isə, böyük bir etibarla xüsusi məlumatlarını bütün dünyaya açmış vəziyyətdə olur.
Məşhur sosial şəbəkənin təhlükəsizlik nizamlarını davamlı dəyişdirib daha kompleks hala gətirməsi, səbəbiylə şəxsi həyatınıza aid məlumatlar əslində əmin əllərdə olmaya bilər.
Bu vəziyyətə ən böyük nümunə isə, keçdiyimiz aylarda saytın təhlükəsizlik nizamlarını bir anda təsirsiz hala gətirməsiylə yaşanmışdı. Yeni nizamlara alışa bilməyən istifadəçilərin profilləri isə həftələrcə hər kəsə açıq olaraq dayandı.
Məlumat təhlükəsizliyi şirkəti Sorphos internetin ən çox vaxtı keçirilən saytlarından biri olan Facebookun nə qədər etibarlı olduğunu araşdırdı.
İstifadəçilər məlumatsızdır.
Firmanın, hesabatlarına görə sayt istifadəçilərinin böyük əksəriyyəti təhlükəsizlik nizamlarının gerçəkdə nə işə yaradığını bilmir. Şirkətin bu araşdırması məşhur ictimai şəbəkə saytıyla əlaqədar maraqlı məlumatları da ortaya qoydu. Sorphosun şərhləri: şərhə görə saytdakı üzvlərin 46%-i tanımadığı insanların yoldaşlıq təkliflərini qəbul edir.
İstifadəçilərin 89%-də doğum tarixlərini ana səhifələrində paylaşır. Üzvlərin 98%-i isə elektronik məktub məlumatlarını ana səhifələrində nəşr edir, ailəvi məlumatlarını profilində paylaşanların sayı isə 40%-ə çatır.
Şirkətin şərhlərinə görə, bu fərdi məlumatlar fırıldaqçıların əlində təhlükəli nəticələr doğura bilir. Ayrıca olaraq firmanın hazırladığı hesabata görə, narahatlığa görə böyük şirkətlərdə bu sayta qadağa qoyulub




Şərhlər (0)
RSS yığmaq / açmaq