Blog: GrAND → Fransız Hakeri tutdular

Obamanın şəxsi internet səhifəsini dağıdan haker yaxalandı
ABŞ prezidenti Barak Obama və müğənni Britni Spirsin “Twitter”də şəxsi səhifələrini dağıdan 25 yaşlı fransız saxlanılıb. Lent.az-ın “Europel” radiostansiyasına istinadən verdiyi məlumata görə, Fransanın Overn regionun sakini olan və Haker Croll adı ilə internetdə şəxsi səhifələrin sındırılması ilə məşğul olan haker Klermon-Ferran şəhərinin polis idarəsində saxlanılır.
ABŞ Federal Təhqiqat Bürosu bir neçə ay əvvəl hakerin Fransada olması barədə bu ölkənin hüquq-mühafizə orqanlarına məlumat verib. O, Federal Təhqiqat Bürosu və fransız polisinin birgə keçirdiyi əməliyyat zamanı yaxalanıb.
25 yaşlı fransız hakerin “Facebook” sosial şəbəkəsinə və “Google” internet şirkətinin elektron poçtuna da kiber-hücum təşkil etdiyi üzə çıxıb. Maraqlı məqam isə odur ki, bu kiber-hücumları təşkil edən 25 yaşlı işsiz fransızın məqsədi maddi gəlir əldə etmək olmayıb. İnternetdə öz səhifəsini açan haker uğurlu kiber-hücumları barədə burada məlumat verirmiş.
Haker ABŞ prezidenti və müğənninin internet-səhifələrini sındırmaqla risk etmək istədiyini söyləyib. İndi belə risklərə görə onu 2 il həbs cəzası gözləyir.
Haker Croll Britni Spirsinin də şəxsi bloqunu dağıdıbmış
Qeyd edək ki, hazırda Barak Obamanın “Twitter”dəki səhifəsinin 3,3 milyon, “MySpase”də 2 milyon, “Facebook”da 7,5 milyon oxucusu var.




Şərhlər (3)
RSS yığmaq / açmaqBu texnologiya yazarları, texnologiyadan bi xəbərdirlər deyəsən. Həmin dırnaqarası hacker internet səhifəsini yox sadəcə Twitter hesabını ələ keçiribdi. Oda təxmin etmə yolu ilə. Sonrada qaqaşı buraxıblar çünki Fransa qanunlarına görə təxmin edərək ələ keçrmək hack sayılmır.
Shaig
GrAND
Sadig