Blog: Shaig →  Niyə sərbəst browser seçimindən sonra Opera istifadəçiləri çoxalır?


Fevral ayından yazmışdım ki, Microsoft Avropada browser seçim hüququnu sərbəst edibdi. Bundan ən xeyir görən isə Opera olubdu. Operanın yüklənməsi sürətlə artıbdı. Ümumiyyətlə Opera bu müddətə 2 dəfə böyüyübdü. Yəqinki araşdırma şirkətlərinin açıqlamaları gələndə bunu daha aydın görmək olacaqdı. Bu Operanın öz məlumatlarıdır. Hətta bəzi Avropa dövlətlərində 200-300% yükləmə artımı olubdu. Bəs bunun görən bunun səbəbi nədir? Yəni adi istifadəçi, browseri olmayan biri ilk dəfə niyə Operanı yükləmək üçün seçir. Razıyamki Opera, İnternet Explorer`dən yaxşıdır. Ancaq Firefox, Chrome, Safari kimilərindən daha çox niyə Opera seçilir? Hətta Firefox və Chrome Operadan da üstündürlər demək olar. Mənim şəxsi fikrimcə bunun 2 səbəbi var. Bir səbəb rəngdir. Operanı digərlərindən dərhal seçir. Qırmızı logo. Daha çox diqqət çəkir. Digər səbəb isə onun adıdır. Opera bir musiqi növü kimi, Avropada kifayət qədər seviləndir. Adıda insanların ağlında yer eləyibdi. İnsanlara FireFox ya da Chrome heç bir məna ifadə etmir. Ona görə Opera adı daha doğma gəlir istifadəçilərə. Avropa mədəniyyətində olan Opera musiqisi, onların səyyah seçiminə də təsir edir. Mən belə düşünürəm. Beləcə Opera daha çox yüklənir.
Paylaş :
  • +1
  • 19 марта 2010, 13:19
  • Shaig

Şərhlər (8)

RSS yığmaq / açmaq
+
0
Opera işlətmirəm amma çok seksidir :))
avatar

Ferhad

+
0
Şəxsən mən (ki, internetin 80% halda məlumat əldə etmək, 10% download, 10% develop məqsədli istifadəçisiyəm) Operanı əsas browser seçmişəm. Digər browserlərdə işləyərkən sanki «mouse»u sol əllə idarə edirmiş kimi narahatçılıq yaranır. Phat7 adlı dostumun da maraqlı bir fikri var: Firefox qurulduqdan sonra onu güclü olması üçün hökmən «extension»lara ehtiyac olur. Operada isə «All in one» məntiqidir. Baxmayaraq ki, Opera'nın da heç də məşhurlaşa bilməyən «widgets»ləri var.
avatar

DrELM

+
0
Hərəyə biri daha rahat gəlir düzdür, mənim idə əsas browserim FireFoxdur. Ancaq bu Microsoftun tətbiq elədiyi üsul yenidir, yəniki yeni istifadəçilər daha çox yararlanır bundan. Ona görədə mən fikirləşirəmki yüklənmənin artmasına səbəb heç də keyfiyyət dəlalət etməyibdi. Daha çox ad və görünüş olubdu =).
avatar

Shaig

+
0
Amma mənim işlətdiyim «Opera»ların hamısı indiyədək stabil işləməyib :(
avatar

Millenium

+
0
Opera brauser testlərdən 100/100 almağına baxmayaraq Google məhsullarının bəzilərini tam dəstəkləmir. Facebook`un da besi javalarını son versiyaya kimi dəstəkləmirdi. Nəsə mən operaya isinə bilmirəm.
avatar

Sadig

+
0
Operanı tərifləməklə əldə etdiyim bir şey yoxdur. Saytda qəliz java script/applet olanda – Firefoxu; ActiveX olduqda – IE8-i istifadə etmişəm; qalan 98% hallarda isə Opera kifayət edir.
avatar

DrELM

+
0
Bu adamın internetdə gündəlik etdiyi şeylərdəndə asılıdır məncə. Məsələn firebug aktiv istifadə edən biri kimi firefoxu əvəz edən olmur.
avatar

Shaig

+
0
Əsas browserimi son zamanlar arabir dəyişsəm də, secondary browser kimi uzun illərdir Operanı işlədirəm, yani kompüterim açıqdırsa, Opera da açıqdır, bəzi məlum üstünlüklərinə görə. (Back-Cache, nə qədər Tab açırsan aç Crash və ya zəifləmə hiss olunmamasl, ctrl+h ctrl+z-da maraqlı funksiyalar.). Əminəm ki, Opera hazırda olduğundan daha yüksək paya layiqdir bazarda. Minimum 10%. Əsas browserimsə 6-7 aydır ki, Chrome-dur, ondan əvvəlsə Flock idi(social browser based on Firefox).
avatar

Elliot


Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.