Blog: Zhala_Najafova →  YazYay Məktəbi-Bloqlar haqqında təlimlər

Avropa Tələbələr Forumunun “YazYay Məktəbi” layihəsinin komandası Bloqlar haqqında başlanğıc biliklərə aid təlimlərdən sonra daha birbucür təlimlərin keçirilməsinə hazırlaşır. Çoxlarına məlum olduğu kimi bu təlimlər tələbələr, bloq yaratmaq və yazmaq istəyənlər, gənc jurnalistlər üçün əla bilik mənbəyidir. Təlimlərə qatılmaqla siz bloqun nə olduğunu, bloq yazmağın nəyə lazım olduğunu, idarə olunmasını, məşhurlaşdırılması, oxucuların cəlb edilməsi, bloqdan qazanc əldə etməyin yollarını öyrənə bilərsiniz. Yaz Yay Məktəbi layihəsinin bütün təlimləri üç günlükdür. Təlimdə nəzəri məlumatlarla yanaşı, praktiki məşğələlər və oyunlar da keçiriləcəkdir ki, bununla siz öyrəndiklərinizi tətbiq edəcəksiz.

İştirakın əsas 4 şərti vardır ki, bu şərtlərə əməl etməklə təlimdə iştirak etmək şansınızı artıra bilərsiniz. Bunlara daxildir:

1.18-27 yaş arası gənclər iştirak edə bilərlər
2.Təlimin hər üç günündə iştirak etmək vacibdir
3. Hal-hazırda bloqu olanlar və ya olmayıb yaratmaq istəyənlər də iştirak edə bilər
4. Bu təlimdə əvvəlkilərdə iştirak edənlər qoşula bilməzlər


Ən vacib şərt isə odur ki, online ərizəni son tarixə qədər dolğun yazıb göndərməlisiniz. Yalnız göstərilmiş son tarixə qədər göndərilmiş ərizələrə baxılacaq.

Təlimlər 22-23-24 mart saat 11:00-dan 16:00-dək Bakı Jurnalistika Məktəbində keçiriləcək.

Son tarix 20mart saat 23:59
https://spreadsheets.google.com/viewform?formkey=dElGZnJZbzh6TkdXZmtvYXphMmZ2bnc6MA

Əlavə suallarınızı yazyay[at]gmail.com ünvanına göndərə bilərsiz.
Paylaş :

Şərhlər (9)

RSS yığmaq / açmaq
+
0
Təlimlərin belə periodik keçməyi sevindiricidir. Getdikcə yalnız başlanğıc mərhələ yox, bir sonrakı mərhələlərində tətbiqinə başlamaq olar.
avatar

Shaig

+
0
Sonuncu təlim məhz bununla bağlı olacaq. Bundan əlavə maraqlananlar üçün bloqerlərin problemləri ilə bağlı seminarlar da keçiriləcək.
avatar

Zhala_Najafova

+
0
Məncə təlimlərdə qazanılmış bloggerləri həmiş motivasiyada saxlamaq üçün təlimlərdən əlavə, ordan çıxmış bloggerlərin qrupları filan tərtib olunsa görüşləri filan keçirilsə təlimlərin effektivliyi daha çox olar. Bir növ təlim keçmiş, nəyi necə etməli olduğunu bilən yazarlar toplusu kimi =)
avatar

Sadig

+
0
Sadiq, bunu artıq düşünmüşük :)
avatar

Zhala_Najafova

+
0
əla, məncə onda effektivlilik 2qat artacaq )
avatar

Sadig

+
0
SALAM.Men burda ve umumiyetle intrnet aleminde cox yeniyem cox az sey bilirem ama sizin melumatlariniz cox ise yarayir ins.yarayacag da.Menim Jjjj den 1 xahisim var ki mene bu seyfede melumat yerlesdirmek ve melumat hansi saheni ehate etmelidi BU barede komek etseydi..men de aktiv uzvlerden olardim.Yerlesdirdiyiniz melumat ise cox xosuma geldi qrup yoldasimi gonderecem ins. ora O heveslidi jurnalistikaya.SAG OLUNNN…
avatar

kuka

+
0
Salam Kuka, xoş gəlmisən əgər sən internet aləmində yenisənsə onda bu bloqda yazı yerləşdirmək üçün çox tezdir. Lakin əlbəttə bunu sənə başa salaram. Səni internetlə əlaqəli bildiyim mövzularda məlumatlandıra bilərəm. e-mailimə yaz: jalesun@yahoo.com
avatar

Zhala_Najafova

+
0
Bu təlimi təşkil eliyyənlərə necə deyəllər eməyinizə sağlığ, ümmümiyətlə bizim belə təlimlərə doğurdan da ehtiyacimiz var… PS: böyük həvəslə iştirak etməy istəyənlərdən biri özüməm elə ancaq iş səbəbi ilə 3 gün arxa arxaya gələ bilməyəcəyimi bilərək formu doldurmadm… Ümüd varam belə təlimlər tez tez olar ki daha çox insan iştrak edə bilsin…
avatar

simplez

+
0
Eybi yoxdur, sən maraqlı bloqpostlar yazırsan, bizim sonda keçiriləcək bloq yazısı müsabiqəsində iştirak edə bilərsən :) Uğurlar.
avatar

Zhala_Najafova


Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.