Blog: 2ral →  kayzen.az fəaliyyətə başladı

weboxu.com istifadəçilərinin nəzərinə yeni layihəni çatdırmaq istəyirəm. kayzen.az saytının fəaliyyətə başlaması haqqında tam oxuya bilərsiniz. Sayt,onun qaydaları,ideyası və s. haqda saytın özündə ətraflı qeyd olunub.Çoxunuz informasiya texnologiyaları ilə yaxın insanlar olduğunuz üçün mən bu sosial forumun özü haqqında yox, məhz onun texniki imkanlarından danışacam.
Sayt Livestreet bazasında qurulub. Daxili kodunun çox hissəsi dəyişdirilib. Əsas funksionaldan əlavə mikrobloq,qalereya quraşdırılıb. Dəyişikliklərin çoxu kiçikdir. Reytinq sistemi isə tamamilə fərqli qurulub. Sayt inkişaf edəndən sonra indi qeyri-aktiv olan unikal xidmətlər istifadəyə veriləcək.
Livestreet bazasında qurulan saytların çoxundan fərqli olaraq burada bloq tipi və kateqorizasiyada bir çox yeniliklər edilib.
Saytın ən maraqlı xüsusiyyətlərindən biri orada TinyMCE redaktorudur. Məsələ orasındadır ki,TinyMCE Livestreet-də yaxşı realizasiya olunmub və şərh yazmaqda ondan istifadə mümkün deyil. Demək olar ki,saytın hazırlanmasında ən çox əziyyət verən hissə məhz redaktor olub. Elə weboxunu misal götürək.Burada olanların çoxu informasiya texnologiyalarından kifayət qədər baş çıxardıqları üçün onlar standart redaktordan istifadə edə bilir. Amma böyük auditoriyaya hədəflənmiş sayt üçün bu yaxşı deyil,insanlar vizual,rehat redaktordan istifadəyə üstünlük verir.
Saytın daha bir unikal xüsusiyyəti(Livestreet bazasında bu yoxdur, yalnız habrahabr.ru-da var) Süni İntellekt funksiyasıdır.
Sayt demək olar ki,99% Azərbaycan dilində işləyir. İki gündən sonra bu ədədi 100% qaldırmağı nəzərdə tutmuşuq.Yalnız redaktorda və bir-iki yerdə ingilis dilində söz qalıb. Saytın texniki problemləri,dizaynı və s. ilə bağlı təklifləri olanları gözləyirik. Saytda ən vacib kritik baqları tapan şəxsi qiymətli mükafat gözləyir.Reytinq sistemindən başqa istənilən suallarınızı burda da verə bilərsiniz.
Paylaş :
  • 0
  • 2 марта 2010, 11:16
  • 2ral

Şərhlər (4)

RSS yığmaq / açmaq
+
0
İki gözümüzün ikisi birdən aydın!
avatar

kataloq

+
0
təki gözləriniz aydın görsün))) Bu saytı yaratmaqda rolunuz olduğuna görə buna haqqınız çatır)))
avatar

fidaska

+
0
qonağımız olsun:)
avatar

Orkhan

+
0
Bu saytın məqsədi nədir ??? Heyf deyil WEBOXU.COM =)))
avatar

GrAND


Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.