Blog: Zaur →  Azerfonun - 3G reklam çarxında buraxılan səhvlər.

(http://mak.az/articles.php?item_id=20091219065705886&sec_id=2)

www.mak.az saytında verilən məlumata görə «Bir müddət TV kanallarında və küçə reklamlarında tizer şəklində yayımlanan reklam axır ki, ictimaiyyətə tam şəkildə təqdim olundu. Bu yeni yaranan brend Azerfon-Vodafone-a məxsus reklam idi. Reklam konsepti qeyd olunan brendin 3G xidmətləri haqqındadır. Reklam konsepsiyasını Türkiyənin Grey İstanbul şirkəti hazırlayıb. Konsepsiyaya məxsus ideya, TV reklam çarxı, çap və digər reklam daşıyıcılarında tədbiq olunub. TV reklamın hazırlanması zamanı Türkiyə şirkəti Film Club və yerli CineAlliance şirkəti də iştirak ediblər. Çəkilişlər həm Bakıda həm də İstanbulda aparılıb. Reklam konsepsiyasının adaptasiyası ilə Banner şirkəti məşqul olub. „

Adətən ucuz kliplərdə personal çatışmamazlığına çox rast gəlirik. Adətən ele vaxtlarda dost-tanışları çəkirlər öz kliplərinə. Bu kimi klipləri izləyəndə klipi çəkən komandanın qeyri peşəkarlığı nəticəsində eyni personaldan bir-neçə yerdə istifadə olunduğu üzə çıxır.
Başqa bir şey də var ki eyni əşyadan istifadə edib daha ucuz məhsul alınmağına nail olmaq istəyi.

Aydın məsələdir ki, Azerfon şirkətinin əlavə personala və reklamda çəkilən əşyalara (qız çantası) pulu kifayət qədər yetər. Ortaya bir sual çıxır. Bəs bu kimin səhvidir?
Aşağıdakı fotolari izlədikdən sonra axırda sizə video çarxı təqdim edəcəm.
1. Çarxda (19-cu saniyədə) istifadə olunan personallardan boz yupka və qara geyiminə diqqət edin. O əsəs rolda deyil ikinci dərəcəli rolda oynayan qızdı. Qırmızı karandaşla işarələnib. Həmin qizin necə xüsusi yerişi olduğuna baxın. (1 nömrəli şəkil)

2. İndi isə çarxda (29-cu saniyədə) qarşı tərəfdən gələn qızın uyğun geyimlərinə və xüsusən yerişinə diqqət edin. Bunlar tamamilə eyni personaldı. Fərq qızın birinci kadrda saçları yığılmış formada o biri kadrda isə açılmış formada olmasıdır.
Baş rolda oynayan qız geyim mağazasının qarşısında olanda yaxından keçən qız üstündən vaxt keçməsinə baxmayaraq digər kadrda eyni qiz qarşı tərfdən gəlir. Həm də 2-ci kadrda qarşıdan gələn qız baş rolda oynayan qızın super telefonunu görüb dəhşətə gəlir :) Amma mağazanın qarşısından keçəndə eyni telefonu işlədən başroldakı qıza təəccüblənmədi.



2-ci kadrda olan qızın çantasının rəngini, modelini (əsasən çantanın qulplarını) yadda saxlayıb keçək 3-cü və 4-cü şəkillərə baxaq. Qırmızı karandaşla işarə olunmuş yerlərə baxsaq 4 müxtəlif qızların çantaları eynidir. Bu isə o deməkdir ki reklam çarxı üçün əşyalar filan alan şəxs birdefelik eyni modeldə olan 4-5 çanta alıb və çarxda bu çantalar çəkilən vaxtda heçkimin diqqətini çəkməyib ya da komanda bunları görüb amma hər bir xanım üçün başqa model çanta almağı məsləhət görmüyüblər. Çantaları almaqdan əlavə bunları icarəyə də götürmək olar.




7 nömrəli şəkildə də həmçinin xanımın çantası 3 və 4 şəkillərində də eynidir.
7 şəkilində işarələnmiş qara paltolu və boz şalvarlı oğlan 5 və 6 şəkillərində işarələnmiş qara palto və boz şalvarlı oğlan da həmçinin.



Reklam çarxında xanım şəhərin müxtəlif yerlərində və müxtəlif insanlar arasında hərəkət edir. Amma yuxarıda göstərilən faktlardan görünür ki yerlər müxtəlif olsada xanım hara getsədə eyni insanlar onun qarşısına çıxır. Deyesen onun telefonu bu insanları o qeder çox celb edib ki xanımdan uzaqlaşan kimi fırlanıb yenidən onun qarşısına çıxırlar:) ya da xanımın xoşuna gəlmək istəyirlər:)

Başqa bir səhv ondadır ki, vodafonu yazılan flashkartı boz rengli notebooka taxan andan 1 saniyə keçəndən sonra eyni notebook qara rəngdə olur. Aşağıdakı şəkildə bunu aydın görə bilərsiniz.



Başqa bir fakt odur ki, baş roldakı xanımın boğazındakı şərfə baxın. O danışa-danışa yaxınlaşır və qarşı tərəfdən onunla 3G ilə danışan oğlan öz telefonunda həmin bu xanımı görür, ama şərfsiz, oğlan başını qaldırıb qıza baxanda onu görür ama şərflə birlikdə:) Bu yeni texnologiyadir? 3G ilə telefon müəyyən geyimləri göstərmir.


Mənim fikrimcə Azerfon şirkətinin əlavə personallar üçün pul ayırmağa kifayət qədər pulu var. Ama unutmayaq ki çarxı çəkənlər və ya əşyaları alanlar və bu kimi qeyri peşəkar addımların olmamasına nəzarət edənlər başqa-başqa adamlar olur. Sual yenədə sual olaraq qalır. Xəsislik yoxsa kimlərinsə qeyri peşəkarlığı?
Göstərilən səhvlərə aşağıdakı linkə daxil olub video kimi izləyə bilərsiniz.

http://www.youtube.com/watch?v=7YN6B9Gpp8Q

Paylaş :
  • +2
  • 1 января 2010, 22:23
  • Zaur

Şərhlər (13)

RSS yığmaq / açmaq
+
0
Çox maraqlı təhlil alınıbdı.
Digər tərəfdən onu da deyim ki, reklam sırf 3G`nin bahalı, nadir tapılan bir şey olduğunu təbliğ edir sanki. Yəni reklamın çəkilişlərindəki xətadan başqa, reklamın ideya və sloqanı arasında da məntiq səhvi var.
avatar

Shaig

+
0
bashqa xirda sehvler de var, ama 100% deqiq olmadigina gore yazilmiyib.
avatar

Zaur

+
0
Belə incə məqamlara düzü fikir verməmişdim mən. Shaig də dediyi kimi məni əsas qıcıqlandıran reklamda seçilən foks qrupun «zəngin» olması idi. Amma indi sənin qeydlərindən sonra reklam çarxına bir daha baxdım və artıq başqa gözlə baxdığımı hiss elədim. Fikirləşirəm ki, heyf yazını oxumamışdan əvvəl də kaş reklama baxardım =)
Zaur bu qədər detallı və maraqlı yazıya görə ayrıca təşəkkür =)
avatar

Sadig

+
0
choxsagol Sadig. Inan ki bu sehvleri 38-39 qizdirma ile yatanda TV-de gormushem:)
avatar

Zaur

+
0
Noutbukun rəngi məsələsi haqda deyə bilərəm ki, boz rengli notebooka modemi qiz qoşur, 1 saniyə keçəndən sonra oğlan başqa,qara rəngdə notebooka qoşur.
Bir de demek isteyirdim onlarin bannerləri və bilboardları haqda.
Əgər fikir vermisizsə, Qiz Qalası Hökumət evinnən sağdadi və çox yaxındı:)
düzdü orda qayda əsas deyil (kollaj kimi)amma belə şeylər diqqət çəkir.
avatar

ERROR631

+
0
error qardash burda senari beledir ki, oglan xarici olkeden gelir teyyare ile telefonla danisir, minir mashina ve notbuk qoshur isledir ve s. ama qiz ise yol ile gedir telefonla sekil cekir gonderir danisir ama o notbuk isletmir. senari beledirki eyni vaxtda oglan mashinda olanda qiz sheherin bashqa bashqa yerlerinde hereket edir.
avatar

Zaur

+
0
banerler hardadi? men gormemisem onlari
avatar

Zaur

+
0
Noutbukdan əvvəl qız restoranda oturur, düzdü orada noutbuk gorsənmir :)
Bilboardlar şəhərdə (orada daha aydın görünür) birdə saytlarda banner.
Buda bir skrin:
avatar

ERROR631

+
0
sehvlernen raziyam ama bahali bir sheyi teblig elemir sadece ele chekiblerki suretli xidmet deyende teyyareni gosterirlerki en suretlidi,keyfiyetli xidmet deyende restorani gosterir,en rahat deyende rahat mashini deyir ve tezesi deyende teze paltarlari gosterir,reklam super chekilib xoshuma gelir hemde isterdim musigini tapim lezet eliyir
avatar

Reshad

+
0
Və son olaraq 3G`ni Vertu ilə təqdim edirlər, bu da nə qədər bahalı olduğunu göstərir…
avatar

Shaig

+
0
musiqi de qesenqdi, aparatura da bahalidir, ona gore de bele suretli kadrlarin deyismesiyle bash aldatmaq olur, burda sadece olaraq choxlu rengareng kadrlardir ki bash aldadir., Bu cur boyuk shirket bele boyuk sirket uchun reklam cekende bele sheylere diqqet etmelidir, chunki onlar xidmet novunu reklam edirler, serfle olani 3G xidmetinden istifade eden serfsiz gorur, bu nece xidmetdir?
avatar

Zaur

+
0
Həəə 3G bizə qiyməti ilə yox reklamı ilədə pis gəldi ,)
avatar

Qaratel

+
0
:) qish geldi
avatar

Zaur


Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.