Blog: hatams →  Sizə əməliyyat sisteminizin neçə saniyəyə yükləndiyi maraqlıdır?


Məncə əməliyyat sisteminin neçə saniyəyə yüklənməsini öyrənmək hər bir istifadə üçün maraqlı olar. Bunun üçün əlavə proqramlardan istifadə edə bilərsiz, amma mən əməliyyət sistemini əlavə proqramlarla yükləməyi məsləhət görmürəm və bunu Windows 7-nin daxili imkanları ilə edilməsini göstərmək istəyirəm.

Windows 7 əməliyyat sistemində yüklənmə vaxtını dəqiq öyrənmək çox asandır və bunun üçün aşağıdakiları etmək lazımdır.


1.Əvvəlcə klaviaturanızda «WIN + R» düymələrini basın. Açılacaq pencərəyə eventvwr daxil edin və «ok»-ə basın.


2.Bu komanda bizə «Microsoft Event Viewer» menyusunu açacaq. Burada əvvəlcə «Event viewer local», sonra «Applications and Services Logs» bölmələrinə keçin. Açılacaq siyahıda əvvəlcə «Microsoft», sonra isə «Windows» bölməsini seçin.



3.«Windows» bölməsində açılan çoxsaylı seçimlərdən «Diagnostics-Performance», sonra isə «Operational»-ı seçin. Pencərənin sağ tərəfində açılacaq siyahıda «Event İD» 100 olan sonuncu sətiri tapın və üstündə bir dəfə klikləyin. «General» bölməsində «Boot duration» paramenti sizə əməliyyat sisteminizin neçə neçə millisaniyəyə yükləndiyini göstərir.


Bu göstəricini saniyəyə çevirməklə siz Windows 7 əməliyyat sisteminin kompüterinizdə neçə saniyəyə yükləndiyini öyrənə bilərsiz.
Müqayisə üçün bu yazıya şərh olaraq aldığınız rəqəmi yaza bilərsiz)
Paylaş :
  • +1
  • 22 февраля 2012, 14:41
  • hatams

Şərhlər (12)

RSS yığmaq / açmaq
+
0
Məlumata görə təşəkkür… Məndə 120.310 san. göstərdi.
avatar

memo402

  • 22 февраля 2012, 20:09
+
+1
Şadam ki, faydalı oldu.
avatar

hatams

+
+1
Məndə isə 51,46 saniyədir )
avatar

quru

+
0
çox yaxşı göstəricidir)
avatar

hatams

+
0
Həmişəki kimi asan və lazımlı oldu.təşəkkürlər.Amma bu vaxtı azaltmaq barədə də yazsanız əla olardı!
avatar

thebayramli

  • 23 февраля 2012, 04:12
+
+1
Faydalı olması sevindiricidir. Gələcəkdə Windows 7 əməliyyat sisteminin yüklənməsinin tezləşdirilməsi haqqında mütləq yazacam. Weboxu.com saytını izləməkdə olun)
avatar

hatams

+
0
avatar

hatams

+
0
Windows 8dən yazın.
avatar

bakhtiyar

  • 24 февраля 2012, 00:41
+
0
Sistemdən artıq servisləri yığışdırmaqla sürətləndimək olar. Heç bir əlavə pqoram lazım deyil.
avatar

Millenium

+
0
Millenium, bu yazıda Windows 7-nin yüklənmə prosesinin sürətləndirilməsi haqda yazmışam.
avatar

hatams

+
0
Boot-zamanında bir çox komponentləri yığışdırmaqla sürətlənir. Sistem açılarkən tətbiq olunan seçənəklər və servislər. Hamısı yüklənməyə təsir edir.
avatar

Millenium

+
0
Qeyd etdiyim yazıdaki bəndlər də boot-un sürətləndirilməsinə müsbət təsir edir.
avatar

hatams


Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.