Blog: AndroidAz → Android 4.0 1%-i keçdi!

Android əməliyyat sisteminin ən son versiyası olan Android 4.0 Ice Cream Sandwich get-gedə yayılmağa davam edir. Amma, göründüyü kimi, hələ artmaq üçün qarşısında uzun bir yol var. Hal-hazırda ən çox diqqəti çəkən, ən aktual versiya olan Android 4.0 hələ gözlənilən yerə çata bilməyib. Cihazların bu versiyaya yenilənməsindən sonra, bu versiya, diaqramda artıq xırda hissə ilə yox, yavaş-yavaş böyük hissə olacağını inanırıq.
Mobil reklam firması Chitika‘nın yaydığı məlumata görə, Ice Cream Sandwich versiyası 1%-lik paya sahibdir. Bunun əsas səbəbi isə bazarda Galaxy Nexus’un yeni yayılmağa başlaması və başqa Android 4.0 əməliyyat sistemli telefonun olmamasıdır.
Digər əməliyyat sistemlərinə baxsaq, Gingerbread (Android 2.3) 66.29% ilə açıq aşkar liderliyini davam etdirir. Arxasından isə 22.33% ilə Froyo (Android 2.2) gəlir. Artıq o biri köhnə versiyalar kimi demək olar tarixə çevrilən Android 2.1 (Eclair) isə 5.39% da qalıb.
Android planşetlər üçün olan Honeycomb (Android 3.0) isə 3.3%-lik paya sahibdir. Artıq martdan Android 4.0 ilə işləyən telefonlar artması ilə, faizin də artması mümkündür…
Android Azərbaycan —




Şərhlər (0)
RSS yığmaq / açmaq