Blog: hatams →  Windows 7-də Remote Desktop Connection probleminin həlli.

Uzun müddətdir ki, Windows 7-də uzaqdan idarəetmə funksiyasından (remote desktop connection) istifadə edirəm və 2 gün əvvəl bir problemlə qarşılarşdım. Remote Desktop Connection şəbəkənizdə olan kompüterlərin idarəolunması çox asanlaşdırır. Bunun üçün internetdə kifayət qədər pulsuz proqram var, amma mən RDC-dan istifadə etməyi seçirəm.

Keçək promlemə. Remote Desktop menyusuna daxil olub qoşulmaq istədiyim kompüterin IP adresini yazandan sonra belə bir pencərə açılır.



Bu pencərə uzun müddət belə qalır və onu bağlamağ üçün Taks Manager-dən istifadə etmək lazımdır. Problem yaranan kimi şəbəkə olan digər kompüterdən eyni əməliyyatı həyata keçirtdim və qoşulma mümkün oldu.

Problemin mənim laptopumda olduğu müəyyən edəndən sonra, başladım Windows 7 Əməliyyat Sistemində qoşulmaya problem yaradan faktoru axtarmağa. RDC bir gün əvvəl normal işlədiyinə görə kompüterimdə son bir gün ərzində quraşdırılmış proqramların siyahısını yoxladım. Acer laptopundan istifadə etdiyimə görə bir gün əvvəl Acer Bio Protection proqramını quraşdırmışdım. Problemin bu proqramda olacağını düşümnürdüm, amma araşdırma etdikdən sonra gördüm ki, Acer Bio Protection proqramı şifrə məlumatlarını toplayır və bu siyahıda RDC-da var.

Bunlar hamısı o deməkdir ki, hər dəfə siz qoşulmaq istəyəndə Acer Bio Protection öz məlumat bazasında istifadəçi adı və şifrəni axtarmağa başlayır. Bu ya sizin qoşulmanızı ləngidəcək, ya da qoşulma ümumiyyətlə mümkün olmayacaq.

Uzun sözün qısası =) Acer Bio Protection-u kompüterdən sildikdən sonra RDC əvvəlki kimi normal işlədi.

Bax belə)
Paylaş :
  • 0
  • 8 февраля 2012, 12:19
  • hatams

Şərhlər (0)

RSS yığmaq / açmaq

Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.