Blog: thebayramli → FTP ilə işləməyin qaydaları və biclikləri
FileZilla ilə FTP bağlantı.məqaləsində qeyd etdik ki, FTP ilə işləmək üçün ən məşhur və pulsuz olan proqramlardan biri də FileZilla proqramıdır. Proqram çox sadə və anlaşıqlıdır. FileZilla proqramını rəsmi saytından — yükləyib öz komputerinizdə quraşdırın. Sonra FileZillanı açıb File->Site Manager (Ctrl+S) menyusuna daxil olun. Burda isə öz FTP hesabınızı daxil etməklə, sayta fayllar upload edə biləcəksiniz. FTP hesabını tənzimləməyin 2 yolu vardır:
Əl ilə
XML faylı ilə
Əl ilə:
Əl ilə FTP hesabınızı quraşdırmaq üçün aşağıdakıları sıra ilə yerinə yetirin:
File->Site Manager (Ctrl+S).
New Folder (səliqəlilik üçün, olmasa da olar).
New Site (Ad verin və sonra aşağıdakıları daxil edin):
Host -> məs. bloglayaq.com
Port-> məs. 21 (adətən 21 olur, boş saxlasanız da olar)
Protocol->FTP-File Transfer Protocol (standart olaraq seçilmişdir, əl vurmayın. SFTP-SSH File Transfer Protocol da seçə bilərsiniz)
Encryption->Use Plain FTP (standart olaraq seçilmişdir, əl vurmayın. Require explicit FTP over TLS və Require implicit FTP over TLS də seçə bilərsiniz)
Logon Type->
Anonymous – Anonim olaraq daxil olmaq üçün müəyyən tənzimləməyə ehtiyac var, ilk dəfədən alınmır
Normal – istifadəçi adı və şifrəni yazırsınız(Cpanel->FTP Accounts), ftp ilə bağlantı yaratmaq hazır olur.
Ask for password – istifadəçi adını daxil edirsiniz, hər bağlantı zamanı şifrə yazmalısınız.
Interactive – Ak for passworda bənzəyir, tək fərqi lazımi pəncərədə lazımi göstərişin yazılmağıdır.
Account – istifadəçi adı,şifrə,ftp hesabın adı yazılır(ftp hesab yaratmaq üçün Cpanel->FTP Accounts)
Comments-> istədiyiniz şərhi yaza bilərsiniz (elə də əhəmiyyətli deyil)
XML fayl ilə:
Cpanel->FTP Accounts (ola bilər ki, müxtəlif hostinglərdə müxtəlif cür olsun, amma FTP hesablar ilə işləmək üçün belə bir bölmə mütləq olur) bölməsinə daxil olursunuz. Burda yeni FTP hesab daxil edə bilərsiniz. Ya da mövcud hesabların üzərində vurmaqla XML faylını (FileZilla üçün) komputerinizə yükləyin. Sonra FileZillada File->Import bölməsinə daxil olun və yüklənmiş XML faylı seçin. Ən sonda isə, File->Site Manager(Ctrl+S) daxil olun, orda yeni FTP hesabın avtomatik olaraq daxil edildiyini görsəcəksiniz. Connect düyməsinə vurun, Əgər FTP ilə əlaqə alınmasa, Site Managerdə XML faylı ilə daxil edilən tənzimləmələrdə avtomatik olaraq Logon Type->Anonymous seçildiyinə görədir. Logon Type->Normal seçin, istifadəçi adı və şifrəni daxil edin (bax. Cpanel->FTP Accounts).
Total Commander ilə FTP bağlantı.
məqaləsində Total Commander – fayl menecerinin bloggerin keçinilməz alətləri olmağından danışmışdıq. Total Commanderi — rəsmi saytından incələyib və yükləyə bilərsiniz. İndi isə, bu fayl menecerdə, FTP-ni nizamlayıb və bağlantı yaratmağı öyrənək. Total Commanderin müxtəlif versiyalarında, menyuların adı və bəzi funksiyalar fərqlənə bilər, amma ümid edək ki, FTP Nizamlamaları bütün versiyalarda eyni menyudan çağrılır və eyni cür tənzimlənir (təbii ki, bütün versiyaları yoxlamaq imkanım olmayıb, 7.56a versiyasına əsasən yazıram). Total Commander->Net->FTP Connect (Ctrl+F) daxil olun, açılan pəncərədən New Connection seçin, sonra aşağıdakı tənzimləmələri quraşdırın:
Session->məs. bloglayaq.com
Host name[:Port]:-> məs.bloglayaq.com
User name->istifadəçi adı daxil edin (bax.Cpanel->FTP Accounts)
Password->şifrə daxil edin (bax.Cpanel->FTP Accounts)
Bilmədiyiniz digər seçimlərə əlvurmayın, ən yaxşısı bu qədəri ilə kifayətlənib OK vurun.
Bu tənzimləmələri qurşadırdıqdan sonra, FTP bağlantı üçün Net->FTP Connect(Ctrl+F) daxil olaraq Connect vurun. Tənzimləmələri düzgün quraşdırdınızsa FTP ilə bağlantıda problem olmayacaqdır.
Notepad++ ilə FTP bağlantı.
məqaləsində ən sürətli açılan Notepad++ mətn redaktorunu qeyd etmişdim. Rəsmi saytından -http://notepad-plus-plus.org haqqında oxuyub və yükləyə bilərsiniz. Notepad++->Plugins->NppFTP->Show NppFTP Manager bölməsinə daxil olun (bu plugin standart olaraq Notepad++ tərəfindən quraşdırılma zamanı daxil edilir, əgər Plugins menyusunda onu tapmasanız Plugins->Plugin Manager->Show Plugin Manager bölməsinə daxil olaraq açılan pəncərədə NppFTP pluginini tapıb quraşdırın). Sağ paneldə açılan NppFTP pəncərəsində Settings->Profile Settings seçin, açılan pəncərənin aşağısında Add New vurun, sonra yeni bağlantı üçün uyğun bölmələri doldurun.
Hostname->məs.bloglayaq.com
User name->istifadəçi adı daxil edin (bax.Cpanel->FTP Accounts)
Password->şifrə daxil edin (bax.Cpanel->FTP Accounts)
Bilmədiyiniz digər seçimlərə əlvurmayın, ən yaxşısı bu qədəri ilə kifayətlənib CLOSE vurun.
Hər şeyi düzgün etdinizsə, NppFTP pəncərəsinin ən solundakı Connect düyməsinə vurun, daxil etdiyiniz FTP bağlantısını seçin və FTP bağlantı edin. Xatırladım ki, Notepad++ ilə FTP bağlantı müəyyən bir fayl ilə işləyərkən, Notepad++ -dan çıxmadan onu serverə upload etmək üçün lazımlı bir yoldur. Yoxsa, hər dəfə Notepad++ -da fayl ilə işləyib, dəyişiklik etdikdən sonra, FileZilla və ya Total Commander ilə FTP bağlantı edib onu serverə yükləmək vaxt aparan işdir.
Bunlar FTP ilə bağlantı etmək üçün ən sadə və ən tez başa gələn tənzimləmələr və yollardır. Digər FTP proqramlar metodlar da vardır ki, ətraflı olaraq FTP tənzimləmələri etməklə, FTP ilə bağlantını daha təhlükəsiz etmək olur. Bunlar isə başqa bir məqalənin mövzusudur.




Şərhlər (0)
RSS yığmaq / açmaq