Blog: thebayramli →  Bloggerin alətləri seriyasından – online və offline alətlər

Offline alətlər – Proqramlar.

Total Commander – www.ghisler.com/. Çoxfunksiyalı file explorer, vaxta və enerjiyə qənaət üçün çox əlverişlidir, funksiyalarının və imkanlarının genişliyi ilə əvəzedilməz alətinizə çevriləcəkdir. Qovluq və fayllarla əməliyyatlar, FTP client, mini proqramlar, çoxseriyalı əməliyyatların kompakt həlli və s. kimi imkanları vardır.
FileZilla – filezilla-project.org/. FTP client proqramıdır, pulsuz, rahat və sadədir.
Notepad++ – notepad-plus-plus.org/. Mətn redaktorudur, sadə və çoxfunksiyalı, alternativlərindən sürətli açılandır.
WAMP – www.wampserver.com/en/. Local serverdir. Apache + Php + Mysql + PhpMyAdmin. Haqqında bloglayaq.com –da məqalə də yazmışam, ətraflı maraqlananlar blogu axtarsınlar.
Denwer — www.denwer.ru/. Local serverdir. Apache + Php + Mysql + PhpMyAdmin. Haqqında bloglayaq.com –da WAMP ilə birlikdə məqalə yazmışam.
Adobe Dreamweaver — www.adobe.com/products/dreamweaver.html – Mətn redaktorudur, daha çox proqramçıların alətidir. Professionallığı, çoxfunksiyalılığı, dizaynı ilə kodlaşdırma işiylə məşğul olan bloggerlərin avəzedilməz alətlərindən birinə çevrilmişdir.
Adobe Photoshop – www.adobe.com/products/photoshop.html. Şəkil redaktorudur, adını eşitməyən çətin tapılar. Şəkillər üzərində ağlasığmaz hoqqaların çıxarılmasında alternativlərini qabaqlaya bilmişdir.
Adobe Illustrator — www.adobe.com/products/illustrator.html. Vector qrafikası ilə işləmək üçündür. Daha çox dizaynerlərin alətidir, amma bloggerlər də öz logolarını və bloglarının digər qrafik təsvirlərini bu proqramla işləsələr professionallıqda irəli gözəl addım atmış olacaqlar.
Adobe Premiere – www.adobe.com/products/premiere.html. Video redaktorudur, professionallığına və funksiyalarına söz ola bilməz, öyrənilməsi müəyyən vaxt tələb edir. Bloglarında ziyarətçilərini proffessional video roliklər ilə sevindirmək istəyən bloggerlər üçün məsləhətlidir.
Sony Vegas — www.sonycreativesoftware.com/vegassoftware. Video redaktorudur, professional, çoxfunksiyalıdır, şəkillərdən ibarət slideshow düzəltmək üçün yaxşı alətdir.
Sony Sound Forge — www.sonycreativesoftware.com/soundforgesoftware. Səs redaktorudur, professionallığına və imkanlarına söz ola bilməz. İstifadəsi, interfeysi və seçim imkanları alınan nəticədən insanı razı salır.
Camtasia Studio – www.techsmith.com/camtasia.html. Screencast (komputer ekranından video çəkiliş) alətidir. Bloggerlər bloglarında bu alət vasitəsilə professional video dərslər hazırlaya bilərlər. Komputerinizin ekranından video çəkiliş etdikdən sonra, həmin videonu elə bu proqramda redaktə edib, müxtəlif video formatlara çevirib, sosial video paylaşım şəbəkələrində bu proqram vasitəsilə avtomatik paylaşa bilərsiniz.
Snagit – www.techsmith.com/snagit.html. Ekrandan şəkil çəkilişi. Komputerinizin ekranından, veb saytlardan, ekran fotosunu avtomatik çəkərək öz şəkil redaktoruna redaktə üçün ötürür. Funksiyalarına və professionallığına görə əvəzedilməz demək olar.
Windows Snipping Tool – windows.microsoft.com/en-US/windows7/products/features/snipping-tool. Bu da ekrandan şəkil çəkmək üçündür, lakin çox sadə, cəld və vaxta qənaət üçün əlverişlidir.
Mindjet MindManager – www.mindjet.com/mindmanager. Mind map yaratmaq üçündür, haqqında en.wikipedia.org/wiki/Mind_map oxuya bilərsiniz. Bloggerlər üçün məqsədlərin təyin edilməsi, məqalələrin yazılması, gələcək planların cizilməsi üçün bir beyin fırtınası alətidir. Məqsədyönlü yaşamaq üçün bütün insanların istifadə etməsinin tərəfdarıyam.
Windows Live Writer – explore.live.com/windows-live-essentials-other-programs?T1=t5. WordPressin Admin Panelinə girmədən bu proqramı tənzimləməklə bloggerlər məqalələrin yazıb və birbaşa nəşr edə bilərlər.
Microsoft Word – office.microsoft.com/en-us/word/. Offline olaraq məqalələrin yazılmasında əla alətdir. Məşhurluğundan xəbəri olmayan az tapılar.
Utorrent — www.utorrent.com/. Yuxarıda yazdığım proqramların və digər faylların sındırılmış pulsuz versiyalarını yükləmək üçün proqramdır.
Rutracker.org – rutracker.org. Utorrent ilə proqram fayllarını yükləmək üçün əla bir mənbədir.

Online alətlər – Xidmətlər.

Sosial şəbəkələr – Sadalamağa ehtiyac yoxdur. Bloggerlərin sosial şəbəkələrdə fəallığı daha çox məqsədyönlü xarakter daşıyır ( məncə belə olmalıdır ).
Gmail.com – https://mail.google.com. Əgər Google şirkətinin təklif etdiyi Gmail email xidmətində hesabınız yoxdursa, açmağınız məsləhətdir, çünki Google bloggerlər üçün çoxlu web alətlər təklif edir.
Google Adsense – https://www.google.com/adsense. Çox təəssüf ki, Azərbaycan dilində xidmət təklif olunmur, digər dillərdə olan blog və saytlar üçün məzmun reklamı servisidir. Haqqında internetdə çox müzakirələr aparılıb, şərtləri çox sərtdir, nəzarət güclüdür, aldadılmağı hiss etdikdə hesabı bloklayırlar.
Google Adwords – https://www.adwords.google.com/. Online reklam yerləşdirmək üçün Google şirkətinin növbəti web aləti.
Google Analytics — www.google.com/analytics/. Google-dan daha bir web alət, blogunuzun trafikinə nəzarət üçün lazımlı bir alətdir.
About.me – https://about.me/. Şəxsi tərcüməyi halınızın, blogunuzun və sosial şəbəkə ünvanlarınızın kompakt bir dizaynda hazırlanıb, online CV şəklində ictimaiyyətə təqdim edilməsi üçün əla xidmətdir.
Bit.ly — bitly.com/. Uzun URL linklərinizin qısaldılması üçün online alətdir. Qısaldılmış linklərin statistikası və sosial şəbəkələrdə paylaşım funksiyasına da malikdir ki, twitter kimi şəbəkələrdə bu alət köməyə çatır.
Dropbox – https://www.dropbox.com/. Fayllarınızın online olaraq saxlanması üçün 2 GB pulsuz yaddaş təqdim edən super bir servisdir. Dropboxun idarəetmə proqramını komputer və telefonunuza yükləməklə istifadə etmək də mümkündür.
CSS3 generator — css3generator.com/. CSS3 imkanlarından blogunuzun dizaynında istifadə etmək üçün əla bir alətdir. Məsələn, müxtəlif mətnlərinizə belə bir – kölgə effekti verə bilərsiniz.
PunyPng – punypng.com/. Blogunuzun şəkillərini sıxaraq ölçüsün kifayət qədər azaltmaq üçündür. Blogunuzu opitimallaşdırılmamış böyük ölçülü şəkillərlə doldurub zəif sürətli interneti olan ziyarətçilərinizi bezdirməmək üçün əla alətdir.
Digər – Yadımdan çıxan və sizin təklif edəcəyiniz digər alətlər. Şərhlərinizi
Paylaş :

Şərhlər (3)

RSS yığmaq / açmaq
+
+1
Siz deyəsən Blogger və Webmaster sözlərini səhv salırsınız…
avatar

farxadus

+
0
Məncə də bu bloggerlərə yox, texniki məsələlərlə məşğul olanlara lazım olanlardı. Çünki məsələn tumblr-da, blogspotda qeydiyyatdan keçib yazmağa başlayan adam üçün heç nə lazım deyil.
avatar

Shaig

+
+1
Siz, bizim bloggerlerin prizmasindan baxib bele deyirsiniz. Men ise qerb ve Rusiya bloggerlerinin prizmasindan baxmaqa calismisam,artiq inlar ugur qazandiqlarina gore onlardan oyrenmeye deyer. ikinci bir yandan, eger bizim bloggerler texniki meseleleri dusunmurlerse gerek mezmun(content) teqdim etsinler, 3-4 bloggerden basqa hec bir bloggerimizde ne mezmun, ne dizayn,ne proyekt, ne ideya teqdimati var. Gedib kafede oturub yazirlar ki, bunu kafeden yaziram :). Cox isterdim ki, gundelik oxuyacagim, 10 muxtelif movzuda 10 blogumuz olsun. Amma biz de fikir istehsal etmekdense,basqasini tenqid uzerinde qurulub…
avatar

thebayramli


Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.