Blog: Zhala_Najafova → Facebook rəhbərliyi bloqerlərin tənqidinə tuş gəlib
Rəqəmli hüquqların qorunması ilə məşğul olan qruplar və bloqerlər konfidensiallıq siyasətində edilən dəyişiklikləri kəskin tənqid ediblər.Tənqidçilərin fikrinə görə, dəyişikliklər xoşagələn deyil, çünki insanlar məlumatları yenilədikdə onlara daha da geniş internet kütləsi ilə bölüşməyə çağıran mesajlar gəlir, hansı ki, axtarışa verildikdə şəxsi məlumatların asanlıqla tapılmasına şərait yaradır.
9 dekabrda Facebooka daxil olan istifadəçilərin qarşısına birdən-birdən birə çıxan yazılar onlardan öz şəxsi məlumatlarını yeniləməyi tələb etmişdir. Bunun nəticəsində insanlar özləri də bilmədən özlərinə aid böyük bir informasiyanı bölüşürlər.
isə deyir ki, bu dəyişikliklər istifadəçiləri şəxsi məlumatlarını daha geniş kütlə ilə bölüşməyə vadar eləmir, əksinə userlərə bölüşmək istədikləri məlumatlarını idarə etməkdə kömək edir.
ABŞ icraçı direktoru Mark Rotenberq deyir: “Facebook bu dəyişikliklərdən istifadə etməyə insanları təhrik edir və “hər şeyi açıqlayın” mövqeyindən çıxış edir. Mərkəz açıqlayıb ki, onlar bu dəyişikliklərin istifadəçiləri aldatmaq üçün təşkil olunub-olunmadığını aydınlaşdırmaqdan ötrü təhlil etmişlər:
Nəzarətin zəifləməsi
bildirişində deyilir: Bu yeni “gizlilik siyasəti” şübhəsiz ki, Facebook istifadəçilərinin əvvəlkindən daha çox məlumatı açıq-aşkar bölüşmələrinə təhrik etmək niyyəti ilə atılan bir addımdır… “Ən pisi odur ki, dəyişikliklər faktiki olaraq istifadəçilərin öz şəxsi məlumatlarına nəzarətin zəifləməsinə gətirib çıxarır”.
Facebook yeni konfidensiallıq siyasətini bütün saytda təqdim etməzdən əvvəl 2009-cu ilin ortalarından test etməyə başlamışdır. Dəyişikliklər imkan verirdi ki, insanlar onların daxil etdikləri yenilikləri görəcək istifadəçiləri seçsinlər: yenilikləri 350 milyon Facebook üzvü görə bilərmi və ya axtarış zamanı internetdə tapmaq olarmı?
Facebook nümayəndəsi Berri Şnitt deyir ki, istifadəçilər dost siyahısında olmayan insanlardan öz məlumatlarını Cinsi və Yaşayış yerlərini yazmamaqla gizlədə bilərlər. O deyir ki, dəyişikliklər auditoriyanın diqqətini istifadəçinin etdiyi yeniliyə və ya statusun dəyişdirilməsinə yönəldir, ona görə də hal-hazırki dəyişikliklər daha az təsirə malikdir. “Bizim insanları nəyəsə aldadaraq məcbur etməyimiz haqda hər hansı bir fikirlər isə bizim məqsədlərimizə qarşı yönəlib”-Şnitt deyir. “Facebook insanları məlumatları barədə daha açıq olmağa cəsarətləndirməlidir.”
Dəyişikliklərə münasibət bildirən və bu kampaniyanın fəal iştirakçıları Facebookun cins və yaşayış yeri haqqında məlumatlarının hər kəsə açıq olmasını tənqid etmişlər.
bloqunda yazan Ceyson Kinseid, deyir ki, dəyişikliklərin bəzilərinin məqsədi Facebookun Bing və Google kimi axtarış saytlarında daha çox axtarışa verilməsidir.
Bloqer hazırki dəyişikliklərin hər kəsə hər şeyi göstərə biləcəyindən narahatdır: “Facebook istifadəçiləri buna görə qeydiyyatdan keçməyiblər”. “ Bu tamamilə konfidensiallıqla bağlı bir şey deyil, bu yalnız traffiki artırmaq və saytdakı aktivliyi izləməyi mümkün etmək üçündür”. O həmçinin qəflətən istifadəçinin qarşısına onu salamlayaraq çıxan və dəyişikliklərdən istifadə etməyə çağıran mesajların, Facebooka bağlılıq dərəcəsindən asılı olaraq, istifadəçilərə müxtəlif şəkildə təqdim etməsi faktını tənqid etmişdir. O yazır: Dəyişiklərin təsirindən Facebook “dözülməz dərəcədə anlaşılmaz” olmuşdur.
Çox istifadəçilər Facebookun rəsmi bloqunda etdikləri şərhlərində dəyişiklikləri tənqid etmişləri. Bəziləri deyirlər ki, onlar öz profillərini dəyişiblər və bilməyərəkdən və ya dizaynın dəyişməsi nəticəsində özləri haqqında təsadüfən yayılmış məlumatları gizlətmək üçün social şəbəkədən daha az istifadə etməyə başlayıblar.
Mənbə:




Şərhlər (3)
RSS yığmaq / açmaqElliot
Shaig
Sadig