Blog: Oozexx →  Telefonunuzdan mobil şoppinq üçün istifadə edirsinizmi?

Mobil şoppinq barədə son araşdırmalarla sizi tanış edim.

Son araşdırmalar onu göstərir ki, dünya bazarında mobil şoppinqdən istifadə edən ölkələrdən amerika onun 19%-ni təşkil edir. Bu hesabda gənclərin üstünlüyü 2 dəfə çoxdur. 18-29 yaş arası olan 39% gənclərin fikrincə mağazalar, qiymətlər və hətta almaq istədikləri məhsul haqqında telefon vasitəsilə dəqiq informasiya almaq çox rahatdır. Qeyd edimki bu araşdırma Azərbaycana aid deyil.

2008-ci ildə online marketing araşdırmaları şirkəti olan Lightspeed Research online shopping barədə 1,000 britaniyalı arasında araşdırma apardı. Həmin araşdırmanın nəticəsi olaraq məlum olub ki, respondentlətin 17%-i alış-verişi net vasitəsi ilə etməyi xoşlayır. Bu nəticə fransaya nisbətən yüksək (9%), Almaniyaya nisbətən isə aşağı göstəricidir (25%).

Mobil telefondan bazarlıq etməyin üstünlüklərdən biri istənilən vaxtda və istənilən yerdə alış-veriş etmək üçün imkanın olmasıdır. Alınan məhsullar arasında filmlər, teatrlar və tədbirlər üçün biletlər üstünlük təşkil edir, siyahıda 73% yeri CD və DVD’lər, 55% kitablar və səyahət, 48% gül sifarişləri tutur. paltar və ərzaqlarda həmçinin ən çox edilən sifarişlər arasındadır.

Mənim fikrimcə ölkəmizdə hələ heç online şoppinq inkişaf etməyib, o ki qaldı mobil şoppinq. Təsəvvür edin, 65 nomrəli avtobusda şəhərin mərkəzi ilə yol gedərkən yadınıza düşürki, bəs 1 həftə sonra toydasınız özünüz də işlədiyiniz üçün şoppinqə vaxt yoxdu. netə girib mağazadakı paltarlara baxırsınız və seçirsiniz. Ay necədə rahatdı :-) Reallığa qayıdaq.

Yerli online shopping center isə sadəcə biri ilə tanış oldum bazarlıq.com ikinci bir sayt tapa bilmədim. :-( Həmin sayt isə sadəcə ofis və kompyuter avadanlıqlarının satışı ilə məşğuldur.
Paylaş :
  • +1
  • 11 декабря 2009, 14:28
  • Oozexx

Şərhlər (4)

RSS yığmaq / açmaq
+
0
Maraqlı araşdırmadır.
Bizdə təbii vebdə alış-veriş inkişaf etmədiyi üçün, mobildən hələki danışa bilmərik. Ancaq belə bir məsələ varki, bəlkədə 3G gələndən sonra heç veb inkişaf etməmiş elə mobil inkişaf edə bilər. Bunun üçün isə operatorlar sərfəli online payment vahidləri yarada bilərlər. Səhv eləmirəmsə belə bir xidmət turkcell`də var. Çünki bizdə telefon istifadəçiləri nəsə almağa öyrəşiblər. Mahnı filan alaraq.
avatar

Shaig

  • 11 декабря 2009, 16:49
+
0
Bizdə yerli ödəmə sistemləri olmadıqca çətin ki inkişaf olsun.
Digər ölkələrin və ya beynəlxalq ödəmə sistemlərindən heçdə hamı istifadə etmir.
Ən azından WEBmoney kimi bir sistem qurulsa mobil şoppinqi də inkişaf etdirmək olar…
avatar

kiber

  • 11 декабря 2009, 21:46
+
0
Yerli ödəmə sistemi olmağına var (Goldenpay)
Onun əmmalarıda az deyil. Webmoney kimi, paypal kimi açıq API`si yoxdur, kalan çatışmamazlıqları var. Düzəltsələr onda nəsə eləmək olar. Axırıncı dəfə onlarla danışanda demişdilərki 2010-dan nəsə dəyişikliklər olacaqmış. Görək nələr olacaq
avatar

Shaig

+
0
məncə mobil şoppinq 3G ilə birlikdə gəlirli sahəyə çevrilə bilər, yada çevirmək olar. Amma mncə məsələn azercell`in turkcell kimi ödəmə sistemi yaratmağı Goldenpay`dən daha sərfəli olar azercell üçün. amma sistem elə elastik olmalıdır ki, kartlarla da konturla da alışveriş etmək mümkün olsun.
avatar

Sadig

  • 12 декабря 2009, 08:19

Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.