Blog: Fidan_h →  Bizi birləşdir(məy)ən dəyər?

Mobil operatorlar yenə türklər demiş “kendilerini kayb etmiş”! Sual verə bilərsiniz,“Məsələ nədir???” Mən də elə deyirdim, amma iki gün dostlarımın biri aşağıda gördüyünüz fotoya teq edilməsə idi.


Foto FB-yə “Mobil operatorların son kampaniyaları və hesablamalar” adı altında yerləşdirilib. Fotoya baxan kimi dedim ki,vse, mənlikdi bu söhbət! Bu foto kifayətdir ki, kimin bazarda nə etmək istədiyini anlayaq. Təsəvvür edin, eyni fason xidməti eyni dəqiqədə Bakcell bizə 72 manata satır, Azercell 27-ye, Nar Mobile isə 10 manata. Dəhşətttt!
Bundan başqa, son vaxtlar bir şeyin şahidi olmuşam. Bir operator nə edirsə, o biri onun oxşarını edir. Elə bil bəhsə-bəhsdirlər. Məsələn, Nar Mobile ilə Azercell. Elə bil yarış keçirirlər.
Bu fotoda Bakcell-ə bir sözüm var: “No comment!” :) 72 AZN (!)
Nar Mobile-ın Bomba10-da danışıq paketində deyirlər ki, bir ayda 10 manat yükləsək, 600 dəqiqə şəbəkədaxili, 300 dəqiqə isə ölkədaxili (o biri operatorlar) danışa bilərik.
Azercell-in Yay kampaniyası isə deyir ki, SimSimçilər cəmi bir ay ərzində (4 iyul-4 avqust) 10 manata bütün operatorlarla dəqiqəsi 3 qəpikdən danışa bilərlər.
Bir sual maraqlıdır! Amma niyə bir ay?! Əgər Azercell bir aylıq bunu edə bilirsə, deməli yarandığı vaxtdan bəri (15 il) edə bilərdi də… Amma eləmir. İndi bircə aylıq ağzımızı şirin edir, qalan aylar isə yenə soyulacağıq.
Bu “hamam suyu ilə dost tutmaq” məsələsinə oxşayır. Yəni edə bilərik, amma etmirik! Ucuz mobil xidmətdən istifadə etmək haqqımızdır da! Niyə Azercell, bütün günü dəyərlərdən danışan, dəyərləri qorumaq, yaratmaq və paylaşmaq olan bu şirkət bizə bu haqqımızı “skidka” kimi “dürtüşdürür?”
Sual sizə ünvanlanıb, dostlar! Fikirlərinizi bilmək xoş olardı.
Paylaş :
  • 0
  • 22 июля 2011, 23:09
  • Fidan_h

Şərhlər (22)

RSS yığmaq / açmaq
+
0
Mən adətən belə şeylərə fikir verən deyiləm, amma Azercellin qiymətləri adama od qoyur!!!
avatar

Zhala_Najafova

+
0
Burada Azercell-lə bağlı bir məsələni deyim. Bir aylıq kampaniya o demək deyil ki, bir ay ərzində keçirilir. Yəni, məntiqi belədir ki, yay boyu, 10 manat yükləyirsənsə, 1 dəqiqə 3 qəpik olur. Həmin bir ay başa çatandanr sonra yenə 10 manatlıq yüklənsə, yenə bir ay davam edəcək.
avatar

Shaig

+
0
Bu haqda yazanda maraqlanmışam.Lap kampaniya müddətinin sonunda 10 manat yüklənsə belə 1 ay davam edəcək.
avatar

Fidan_h

+
+1
15 il niye bunu etmir meselesi, mobil operator sahesinden xebersiz olmaginizdan ireli gelir. QoS deye birsey var. o zaman shirketin xercleri bahali ola bilerdi, ve bu qeder danishigi host edecek avadanliq olmaya bilerdi. her halda qiymet asagi dusdukce danisiq sayi artir.
avatar

nicataliyev

+
0
10 ildən çoxdur ki, Azercell işlədirəm və Azercell-in indiyə kimi etdiyi bütün kampaniyalara bir-bir qoşulmuşam. Hamısında nəsə bir səhv çıxıb, həmişə də zəng edib fikrimi bildirmişəm. Call-centerin «sevdikləri» sırasındayam.
avatar

Fidan_h

+
+1
QoS anlayışı ilə razıyam. Azercell artəq «oturmuş» operatordur. Cammatən çoxu Azercell hələ də istifadə edir. Heç də hamə kampaniyalarə izləmir, bizim millət konservativ millətdir. Alternativi fikirləşib başənə ağrıtmaq istəmir. Nar müştəri qazanmaq üçün dəri-qabıqdan çıxır. Son üç ildə NarMobile-ın kompaniyalarından elə istifadə etmişdim ki, əminəm ki, onlara ziyan vermişəm.

Türkyədə də analoji hal Türkcell(oturmuş) və Vodafonda(yeni) var. Vodafon ilə şəhər və rayon nömrələrinə, o cümlədən NarMobile ilə dəqiqəsi 2 qəpiyə
avatar

DrELM

şərhlər silindi

+
0
bu muqayise duzgun deyil. cunki bakcellde hedsiz cin ve qazancin tarifleri var onlarla hesablamaq duzgun olardi. bundan basqa azercell ve narda hemin endirimlerden istifade etmek ucun en azi 10 manat odemek lazimdir. bunlarida nezere alin ve obyejtiv muqayise aparin
avatar

memmedov1987

+
0
mən də elə müqayisə etmişəm də. ikisində də 10 manatdan söhbət gedir.
avatar

Fidan_h

+
0
Azercel hansı milli dəyərdən danışır? Şirkət xaricidi, müdir xaricidi, ən yüksək vəzifəli aparıcı işçiləri xaricilərdi.Xarici vətəndaşlar Azərbaycanın milli dəyərini qoruyacaq? Azercel həmişə 1 aylıq kompaniyalarla camaatın başını aldadır öz aləmində.Amma Narın inkişafı hamıya sərfəlidi indiki zamanda.ən azından inkişafa can atır, bazara təsir edir.
Bakcelə gəlincə nəsə mənə elə gəlir ki bakcel əvvəlki kimi sərf etmir.qabaq 10 manat nə vaxt qurtarır hiss olunmurdu, indi amma elə bil tez qurtarır.
avatar

DeviD

+
+1
Sizdə belə səhv məlumat hardandır? Azercelldə Marketing departamenti istisna olmaqla bütün departament rəhbərləri Azərbaycan vətəndaşlarıdır.
avatar

raminorucov

+
0
Azerbaycanda vetendashliq almaq ele de cetin ish deyil.Milliyetleri bes?
avatar

DeviD

+
0
Marketing xaric hamısının rəhbəri Azərbaycan vətəndaşıdir və milliyəti də azərbaycanlıdır. Azercelldə 800-ə yaxın işçi var və onların böyük əksəriyyəti xarici deyil.
avatar

raminorucov

+
+1
buda internet paketlerinin qiymetleri arasindaki ferq:
NAR TURBO
1 azn — 20 mb.
3 azn — 100 mb.
6 azn — 250 mb.
9 azn — 500 mb.
19 azn — 1.2 GB

Azercell
59 qep. — 3 mb.
2.36 azn — 20 mb.
3.54 azn — 60 mb.
8.26 azn — 200 mb.
23.60 azn — 500 mb.

Bakcell
2 azn — 16 mb.
3 azn — 40 mb.
7 azn — 150 mb.
20 azn — 500 mb.
25 azn — 1 gb.
avatar

madrid_forewer

+
0
Azercellin yay kampaniyası 04.09.2011 tarixinədək uzadılıb!
avatar

raminorucov

+
0
Azercell sözün həqiqi mənasında lap ağ eləyib.
Mən hesablamışdım: əvvəllər kontur olan vaxtı 10 manatlıq yükləyəndə sevimli nömrə ilə dəqiqəsi təqribən 6 qəpiyə başa gəlirdi, həm də ki, bir vacib məsələ — danışıq 1 saniyə hesabı ilə aparılırdı. İndi isə sevimli nömrəylə danışıq 4 qəpikdir, AMMA danışıq 10 saniyə hesabı ilə aparılır, yəni ki, məsələn 11 saniyə danışanda 20 saniyənin pulunu çıxırlar. Adi riyazi hesablama göstərir ki, kontur daha sərfəli idi. Bunlar hələ utanmaz-utanmaz deyirlər ki, qiymətləri aşağı salıblar, camaatı nə hesab eləyirlər, heç kəs çörəyi qulağına yemir.
Mən bu haqda Azercellə də zəng eləmişdim və çox kəskin etirazımı bildirdim. Yəqin ki, mənim kimi etiraz edənlər çox olub ki, Azercell bu yay kampaniyasına başladı (o da ancaq 2 aylıq).
Fidan xanımın sözünə qüvvət onu da adamın gözünə elə soxurlar ki, guya böyük iş görüblər. Əslində hələ bu qiymətlər də bahadır.
avatar

Ramill

  • 16 августа 2011, 15:45
+
0
Məncə də etiraz etmək lazımdır. mən də hər zaman müştəri xidmətlərində şikayət edirəm.
avatar

Fidan_h

+
0
Fidan xanim, hec de duzgun hesablama deyil. Eger Nar-da verilen 900 deqiqe yerine cemi 90 deqiqe danishilsa, onda nece? o zaman bele 10AZN cixir. bele alinir ki, 10defe daha BAHA danishib. digerlerinde ise danishilacaq deqiqeni ozun secirsen.
avatar

deamarest

  • 16 августа 2011, 16:49
+
0
Mən heç kimin tərəfini tutmuram, amma cədvəldən görünür ki, sərfəlidir. Ona qalsa mən bütün mobil operatorların xidmətlərindən istifadə etmişəm və edirəm də…
avatar

Fidan_h

+
0
Men de hec kesin terefini tutmuram. «Cedvelden gorunduyu kimi» ifadesiyle hec razilashmiram, cunki cedveli de hazirlayan bizim kimi insanlardir ve sehv hazirlayiblar. o tariflerde ele nuanslar var ki, onlari mutleq nezere almaq lazimdir, eks halda muqayise duzgun olmaz. Meselen, Azercell-in GencSim paketinde 3-cu deqiqeden sonrasi pulsuzdur. Yeni kampaniyalarini da nezere alsaq (1deq=3qep) o demekdir ki, abune 40deqiqeni 9qepiye danishir. Nar-in Bomba tarifinden 4defe daha ucuza basha gelir.

O cedvele «analiz» demek duzgun deyil. orada sadece 1 deqiqenin qiymetini deqiqe sayina vurublar. Bu ne vaxtdan analiz adlandirilir? 5-ci sinif ushagi da bunu eleye biler.
avatar

deamarest

+
0
Sizce Azercell isledenler bu qiymetleri bilmirler?Mobil telefon isleden her kesin bu qiymetlerden xeberi var, burda bazar ozunu tenzimlemelidi, tenzimleyir de… Bu olduqca normal bir seydi..Kime ne serf edirse ondan da istifade edir. Siz 3 mobil operatoru bir-biriynen muqayise etmek yerine Azerbaycanda mobil operator tariflerini xarici olkelerle muqayise ede bilersiniz...Yunanistanda Qcard (mobil operator adidi) 1 avroya 1500 deqiqe sebekedaxili danisiq, 1500 sms, ve 100 MBayt mobil internet verir. Cosmote (m.o)-de sebekedaxili danisiq qiymeytleri Qcardda sebekeler arasi danisiq qiymetinden bahadi..Amma bazarda Cosmotenin payi coxdu..Burda tek qiymet amili yox brend, keyfiyyet, pr.-in veziyyeti ve s. da esasdi..Bakcell abonentlerinden bir hissesi 0.facebook-un eleyhinediler, cunki,kompaniya baslayandan internet sureti dusub. Men Narmobile isledirem, amma mecburam ki hem de sim isledim, cunki sabit sebeke yoxdu…
avatar

Vafadar

  • 22 февраля 2012, 05:51

Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.