Blog: ceyhun_mikayil →  Ubuntu haqqında (Açıq qaynaqlı Linux distributivi)

Pulsuz və daim dəstəklənən əməliyyat sistemi Ubuntu:
Ubuntu, Debian əsaslı, quruluş ve istifadə asanlığı ilə önə çıxan bir Linux distributividir. Canonical Ltd.‘nin ( Mark Shuttleworth’un ) sponsorluğunda inkişaf etdirilir. Ubuntu’nun hədəfi son istifadəçilərin əldə edə biləcəkləri asan, sürətli, pulsuz, güclü bir əməliyyat sistemi yaratmaqdır. Ubuntu, Zulu dilində: “Mən, sən sən olduğun üçün, mənəm” deməkdir, eyni zamanda “başqalarına qarşı mərhəmətli, şəfqətli, xeyirsevər” olmaq kimi insani dəyərlərin təməl alındığı dünya görüşüdür. İnsanlıq üçün Linux (Linux For Human Beings) sloganını istifadə edən Ubuntu, Debian‘dan fərqli olaraq hər 6 aydan bir yeni distributiv; her distributiv üçün də 18 ay dəstək təqdim etməkdədir. Ayrıca 3 il Masaüstü ve 5 il Server sistem dəstəyi göstərən ve müəyyən müddətdən bir çıxarılan Uzun Zamanlı Dəstək (Long Term Support, LTS) distributivləri də mövcuddur.

Ubuntu layihəsinin məqsədi, hər istifadəçinin rahat bir şəkildə istifadə edəcəyi, tamamilə açıq qaynaqlı ve qərarlı bir əməliyyat sistemi yaratmaqdır. Bu əməliyyat sistemi GNU/Linux haqqında heç təcrübəsi olmayan kəslərin başlaması üçün ideal bir seçimdir. Bu əməliyyat sistemindən kompyuter arxasına yeni oturan eləcədə uzun illər boyunca professionallaşmış İT ustaları da bəhrələnə bilərlər.

Qısa olaraq tarixi haqqında :
Debian əsas alınaraq başladıımış ilk Ubuntu distributivi 20 noyabr 2004 tarixində yayımlandı. O zamandan bəri hər altı aydan bir yeni distributiv yayımlanır. MEPIS, Xandros, Linspire, Progeny və Libranet kimi digər Debian əsaslı əməliyyat sistemlərinin əksinə olaraq Ubuntu, Debian’ın fəlsəfəsinə sadiq qalmış ve müstəqil bir əməliyyat sistemi olaraq yoluna davam etmişdir.

Ubuntu logosu ilk distributivdən bəri eynidir. Əllə çizilmiş və indi ubuntu-title adlı bir yazı forması olan bu logo Andy Fitzsimon tərəfindən çizilb. Logosunun işlənmə mövzusu insanlar arasındaki bərabərliyə və qardaşlığa diqqət çəkir.

UbuntuCoF

Ubuntu və bütün rəsmi törəmələri .deb paketləri ve APT əsaslı paket idarəçilərini istifadə edir.

Ubuntu layihəsi, paketlərlə əlaqədar bəzi mövzularda Debian ilə birgə işləyir. Ubuntu'ya yüklənən paketlər Debian'ın dayanıqlılıq səviyyəsi üçün bir sınaq mühiti yaradır. Debian inkişaf etdirənlər eyni zamanda Ubuntunun inkişafına kömək etsələrdə Debian'ın qurucusu olan Murdock Ubuntunun ayrı bir layihə olduğunu və Debian ilə kifayət qədər ortaq nöqtəyə malik olmadığını bildirmişdir.

Xüsusiyyətləri haqqında :
Quraşdırılması olduqca asan olan Ubuntu; quraşdırma asanlığında Windows Vista, SuSE, Mandriva və Fedora Core kimi quraşdırılması asan olan, məşhurlaşmış əməliyyat sistemlərini geridə qoymuşdur. Quraşdırma üçün CD versiyasında əvvəl əməliyyat sisteminin canlı cd olaraq açılması lazımdır, DVD versiyasında text rejim ilə quraşdırılmaya başlana bilər. Bundan sonra quraşdırma yalnız «install» ikonuna basıb bir neçə irəli düyməsinə basmaqdan ibarətdir. Quraşdırma zamanı əməliyyat sistemi üzərində istədiyiniz hər şeyi edə bilərsiniz, ancaq dəyişikliklər yeni qurduğunuz sistemə uyğunlaşdırılacaq.



İstifadəsi haqqında :
Rahatlıq üçün fokuslanılılmış bir paylama olan Ubuntu'da çox sayda müxtəlif istifadə xüsusiyyəti vardır. Digər Linux distributivlərinin əksinə olaraq, Ubuntu'da su (super user) əmri yerinə sudo istifadə edilir. Ancaq bir terminal əmri ilə bu vəziyyət digər (Fedora, SuSE, Red Hat, Pardus, Mandirva və s. ) Linux distributivlərdəki kimi nizamlana bilər.
Çox sayda açıq qaynaqlı proqram ilə birlikdə gəlməkdədir; OpenOffice.Org, Mozilla Firefox, Pidgin və Gimp kimi.

Vizuallıq haqqında:
Ubuntu GNOME masaüstü mühiti ilə verməkdədir. GNOME'un əsas fəlsəfəsi olan sadəlik eynilə Ubuntu masaüstündə də yer almaqdadır. KDE masaüstü idarəçisini seçən istifadəçilər Kubuntu'nu, XFCE'ni seçənlər isə Xubuntu'nu əldə edə bilər və ya artıq quraşdırılmış Ubuntu'larına kubuntu-desktop, xubuntu-desktop paketlərini yükləyərək istədikləri masaüstü mühitini istifadə edə bilərlər.

Ubuntu 7.10 distributivindən bəri Compiz Fusion adlı 3 ölçülü proqramla birlikdə verməkdədir. Bu proqram, 3 ölçülü masaüstü və jele kimi pəncərələr göstərməklə bir çox vizual effektlər təqdim edir.

Qeyd edim ki, artıq Rusiya, İran, Çin, Türkiyə kimi ölkələr öz əməliyyat sistemlərinin yaradılması üzərində işlər aparırlar. Bəzilərində (məsələn Rusiyada) bu kimi layihələrə dövlət dəstəyi göstərilir. Artıq Türk qardaşlarımızın bu sahədə uğurları vardır. Onların Pardus adlı linux əməliyyat sistemləri mövcuddur.
Paylaş :

Şərhlər (2)

RSS yığmaq / açmaq
+
0
Ruslar ümumiyyətlə dövlət səviyyəsində, microsoftdan asılılığı aradan qaldırmaq üçün qəti qərarla windowsdan imtina edirlər.

Ubuntu-nun bir ara Azərbaycan dili dəstəyi də var idi. Tərcümə olunmuşdu. Sonradan nəsə support vermədilər, irəli aparmadılar proyekti
avatar

Shaig

+
0
Rusiyanın Windows'dan imtina etməsi təbiidir və tam olmasa da, gec-tez buna nail ola biləcəklərini düşünürəm. Çünki, ruslar əllərinə keçən hər şeyi lokalizə edirlər..))
avatar

burhanagazade


Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.