Blog: thebayramli → WordPressin Real Serverdə quraşdırılması

WordPressi Local Serverdə quraşdırmağı öyrəndik növbə gəldi Real Serverdə quraşdırmağı öyrənməyimizə. WordPressi Real Serverdə quraşdırmağın bir neçə yolu var:
1.Bəzi hostinglər WordPress kimi bir çox CMS-i avtomatik quraşdırmaq üçün proqram təminatına malikdir. Bir düyməyə basmaqla WordPress quraşdırılır.
2.FTP ilə serverə upload etməklə
3.Cpanel ilə
Bunlardan 1-si çox asan və tez, 2-si çox vaxt aparan, 3-sü isə orta yoldur. FTP ilə upload edərkən çox vaxt itirilir. Ümumiyyətlə, FTP ilə işləmək barədə ayrıca dərsimiz olacaqdır.
O ki, qaldı Cpanel ilə upload edib və quraşdırmağa, onu qeyd edim ki, blogumuz (hətta bütün sayt və proyektlərimiz) serverdə public_html papkasının içərisində yerləşdirilməlidir. Lakin, ortaya xırda bir problem çıxır, əgər bir hosting serverimiz və bir domainimiz vardırsa, onda bu domaini browserdə yazarkən birbaşa public_html papkasına düşmüş olacağıq.public_html papkasında hər bir proyektimizi ayrı bir papkada yerləşdirməyimiz daha gözəl olardı ki, qarışıqlıq yaranmasın. Lakin bu halda, məcburən wordpressin bütün papka və faylların birbaşa public_html papkasında yerləşdirməli olacaqsınız. Bu mövzu çox uzun olduğundan həllini növbəti yazıların birinə saxlayıram.
WordPressi Real Serverdə necə quraşdırmaq üçün video dərslik hazırlamışam. Video dərslik vasitəsilə bu işin öhdəsindən gələcəyinizə əminəm. Sualları olanlar isə şərh yazmağı unutmayın.




Şərhlər (0)
RSS yığmaq / açmaq