Blog: AndroidAz →  Android vs iOS


Bu sualları demək olar, bircə dəfə də olsa, hər kəs düşünüb, zənnimcə. Niyə məhz Android? Android’in özəlliyi nədir? iPhone telefonlarından fərqi nədir kimi suallar həmişə verilib. Hər nə qədər cavablar verilsə də, iPhone sevənlər haqqı təkzib ediblər. İndi isə, Android və iOS arasında olan fərqi nəzərinizə çatdıracam.

Xüsusilə hansı platformanın seçəcəyinizə görə, aşağıdakıları diqqətlə oxuyun. Android istifadə edənlər, bunları yaxşı bilsə də, təkrarlamaq hərdən lazım gəlir :)

1. Open Source: Android, iOS’ə görə daha azad bir platformadır. Google, Android Market üçün Apple qədər ciddi qaydalar tətbiq etmir, həm də cihazınızı root’layaraq və ehtiyacınıza görə bir ROM tapıb yükləyərək, inanılmaz bir özəl imkana sahib olursunuz. “Rootlu” tətbiqlər ilə telefonun hər xüsusiyyətinə görə üzərində səlahiyyət sahibi ola bilirsiniz.

Xüsusi ROM’lar sayəsində mobil telefon istehsalçısının versiyanın yenilənməsindən asılı olmadan, yenilənmələri istənilən vaxt edə bilərsiniz. Amma təbii ki, bütün bunlar üçün bir az araşdırma, bir az təcrübə və zaman lazımdır.

2. İnterfeys: iOS’da dəyişdirməyi mümkün olmayan bir çox xüsusiyyəti və görünüşü, Android’də asanlıqla dəyişdirməniz və ehtiyacınıza uyğun hala gətirməniz mümkündür. Məsələn “Launcher” adlı ekran interfeysləri sayəsində heç bir zəhmət çəkmədən, telefonunuzun interfeysini dəyişdirə bilərsiniz.

3. Widgetlər: Android’in bu ən güclü xüsusiyyətlərindən biridir. Kimlərə görə lazımsız sayıla bilər, ancaq ana ekrana əlavə edə bildiyiniz bu kiçik vasitələr, məlumata daha tez çata bilmənizi təmin edirlər.

4. Müxtəliflik: Ancaq Android ƏS ilə işləyən yetərincə çox olan, ehtiyacınıza və istəklərinizə uyğun bir model tapa bilərsiniz. iPhone’un ən axırıncı modelləri üçün minimum 600azn pul xərcləməkdənsə, bu qiymətə, onnan da ucuz qiymətə daha yaxşı Android smartphone ala bilərsiniz.

5. İmic: Telefonunuzun üzərindəki Apple logosu və ya iPhone olması sizin üçün əhəmiyyət daşımırsa, bunun yerinə hər kəsdə olmayan, fərqli bir telefona sahib olmaq istəyirsinizsə, seçiminiz Android ola bilər.

6. Flash: Adobe Flash məzmunlu veb saytları sizin üçün əhəmiyyətlidirsə, Android’də Flash məzmunlarını problemsiz bir şəkildə aça bilərsiniz. iPhone’da isə bu problemdir.

7. Google ilə inteqrasiya olunma: Google tərəfindən inkişaf etdirilən Android – Axtarış, Gmail, GTalk, Voice kimi Google xidmətləri ilə tam bir şəkildə inteqrasiya olunur.

8. Klaviyatura: Android cihazınızdakı virtual klaviatura xoşunuza gəlmədisə, Android Market’də çox sayda alternativ tapa bilərsiniz. Eyni iş üçün iPhone’da etmək üçün hacklamaq lazımdır.

9. Ekran: Böyük ekranlı telefonları sevirsinizsə, Android’də çox sayda alternativ var. Eyni şəkildə, iPhone’dan daha kiçik Android telefonu variantları da var.

Android Azərbaycan — www.android-az.com
Paylaş :

Şərhlər (1)

RSS yığmaq / açmaq
+
0
Gələcək Androidindir…
avatar

MCahandar


Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.