Blog: hatams →  Windows 7-də bir neçə faylın adını bir dəfəyə dəyişmək imkanı.

Tez-tez olur ki, bir qrup faylın adını birdən dəyişmək istəyirik. Bunun çox vaxt apardığı sirr deyil və bu yazımda Windows 7 əməliyyat sistemində bir neçə faylın adını bir dəfəyə dəyişmək imkanından yazmaq istəyirəm. Nümunə üçün mən bir neçə fayl yaratmışam.

1.İlk olaraq bütü faylları seçin

2.Seçdikdən sonra F2 düyməsinə basın


3.İstədiyiniz fayl adını yazın və “Enter” düyməsinə basın


Nəticə:


Uğurlar!)
Paylaş :
  • +1
  • 24 января 2012, 16:54
  • hatams

Şərhlər (8)

RSS yığmaq / açmaq
+
0
1, 2, 3 yazması faydasız funksional olsa da, maraqlıdir. Heç ağlıma gəlməmişdi bir neçə faylı seçəndən sonra rename eləmək olar :)
avatar

Skier_nz

+
0
Məncə avtomatik olaraq 1,2,3 və s. yazmaqla Windows fayl adlarının təkrarlanmasının qarşısını alır. Əksər hallarda mən bu funksiyadan şəkilləri rename etmək üçün istifadə edirəm. Hansısa tədbirə aid olan 100-200 fotonu «tədbirin adl 1», «tədbirin adı 2» və s. formatda yaddaşda saxlamaq çox rahatdır =)
avatar

hatams

+
+1
Mən bunu çoxdan bilirdim. Təkcə 7-də deyil, başqa versiyalarda da mümkündür. Ancaq faylları nömrələməsi bundan normal şəkildə istifadə etməyə imkan vermir. Mən bu əməliyyatı adətən, eyni adlı müxtəlif faylları bir qovluqa yığmaq istəyərkən istifadə edirəm ki, həmin faylları «overwrite» eləməsin.
Minlərlə fayl üzərində bir dəfəyə müxtəlif əməliyyatlar etmək üçün isə, çoxlu hazır alqoritmi olan BatchRename Pro adlı proqramı məsləhət görürəm.
avatar

BayramovR

+
0
Fikirlərinizə görə təşəkkür edirəm!
avatar

hatams

+
+1
Verilmiş kataloqun içindəki bütün faylları (alt kataloqdakılar da daxil olmaqla) bir kataloqa köçürmək (copy/move) üçün balaca proqram yazmışdım, eyni adlı fayllar olanda _2, _3 kimi nömrələyir. İşdə 2-3 nəfər bundan istifadə edirdik. Burdan köçürüb baxa və ya istifadə edə bilərsiz:
http://www.boxca.com/wnab4xhe4c2k/CopyFiles.exe.html
avatar

samir105

+
0
Salam! Çox maraqlıdır. İndi yükləyib test edərəm!)
avatar

hatams

+
0
Ad dəyişmədə daha qəliz problemlərinin həllini Flash Renamer ilə edirəm. Məsləhətli proqramdır. Bir blsəniz nələr etmək olur… dəryadır!

Bircə mənfi cəhəti Unikod hərfləri dəstəkləməsidir. Belə halda da Ant Renamer istifadə edirəm. Bu da pis deyil.
avatar

DrELM

+
0
dəstəkləməMƏsidir olmalıdır…
avatar

DrELM


Yalnız üzvlər şərh yaza bilər. Şərh yaza bilmək üçün daxil olun və ya acebook hesabınızdan istifadə edin.